Mobil telefon indiki zamanədə iş adamının ayrılmaz hissəsinə çevrilmişdir. Bu həm şəxsi məsələlərin həllində, həmdə işgüzar məsələlərin həllində daima istifadə olunan kanallardan biridir. Azərbaycanda mobil rabitənin tətbiqindən ötən dövr ərzində abunəçilərin şikayətlərinin ardı-arası kəsilmir. Mobil operatorların sayının artması, yəni bazarda rəqabət şəraitinin yaranması da abunəçilərə göstərilən xidmətin keyfiyyətinə təsir göstərmədi. Bəs vacib sözü olan zavallı abunəçi neyləməlidir? Əlbəttə ki, o, öz balansındakı vəsaitləri xərcləməklə həmsöhbətinə zəng etməlidir. Ölkədaxili zənglərin fantastik dərəcədə baha olduğu şəraitdə xaricə zəng vurmağın abunəçiyə neçəyə başa gəldiyini söyləməyə ehtiyac yoxdur. Bu hal abunəçinin balansının “süpürülməsi”, mobil operatorun isə kassasının dolması deməkdir.
Ölkəmizdə mobil operatorlar həddən artıq çox olmasada, 3 operatorun təklif etdiyi tarif planlar insanlarda kifayət qədər qarışıqlıq yaradır. Mövcud olan 3 mobil operatorun xidmətindən yararlanan vətəndaşlar mobil rabitənin bahalığından və qiymətlərin kəlləçarxda olmasına baxmayaraq, xidmətin keyfiyyətsizliyindən çox narazıdırlar.
Ən əsası isə “Nar Mobile”nin min cür yollarla kombinasiyalarla qurduğu tariflər isə abunəçilərə sərfəli danışıq paketlərinə deyil, şirkətin daha çox gəlir əldə etməsinə aparır.
Nəinki Azərbaycanda, hətta Rusiya kimi nəhəng bir ölkədə mövcud olan heç bir mobil operatorda “Nar Mobile”də olan qədər əlverişsiz tarif paketləri yoxdur. Təsadüfi deyil ki, bu gün “Nar Mobile” nömrəsi olan bir çox şəxs əlverişsiz abunəlik şərtlərinə görə nömrə daşıma xidmətindən yararlanmaqla digər mobil operatorla keçirlər. Çünki “Nar Mobile”dən fərqli olaraq digər iki mobil operator daha əlverişli paketlər təqdim edir.
Bu gün “Nar Mobile” adı çəkiləndə ilk ağla gələn vətəndaşın sosial durumuna uyğun gəlməyən tariflər olur. Tarifləri analiz etdikdə hər şeyin ancaq şirkətin xeyrinə olduğu meydana çıxır. İstehlakçıya sanki bir gəlir mənbəyi kimi baxılır. Əks halda müxtəlif adlar altında min cür mürəkkəb kombinasiyalar quraşdırıb istehlakçının hesabına külli miqdarda gəlirlər əldə etməkdənsə hamının anlaya biləcəyi formada 2-3 tarif paketi təqdim edib abunəçilərə də keyfiyyətli paketlər təqdim etmək olardı. Lakin görünür ki, “ Nar Mobile”ı istehlakçıların deyil, daha çox şirkətin maddi rifahı düşündürür. 7Times.az-ın redaksiyasına daxil olan, həmçinin sosial şəbəkələrdə yazılan şikayət, giley dolu rəylər statuslar da bunu deməyə əsas verir.
Bu şirkətdən redaksiyaya həddən çox narazılıq daxil olur, bu narazılıqları yayınlamayanda oxucularımız qarşısında bir KİV olaraq mötəbərliyimizi itiririk. Qurama kombinasiyalarla vətəndaşları soyur, mediaya “sus haqqı” göndərirlər. Nəhayət, bu qurumdan heç kimi tapa bilmirik. Təsəvvür edin, Azərbaycanda istənilən nazirin qəbuluna düşmək daha asandır, nəinki “Nar Mobile”in marketinq, reklam və PR işlərinə məsul olan şəxslərinin. Şirkətə zəng edirsən, calaşmaq mümkün deyil. Getsinlər, “reket media” ilə əməkdaşlıq etsinlər”.
Xaricdə yaşayan soydaşlarımızdan biri yazır ki, mobil rabitə xərci Azərbaycanda hər gün istifadə etdiyimiz adi krant suyundan da ucuzdur. Lakin müstəqil media qurumu olaraq biz istehlakçıların obyektiv və əsaslı şikayətlərini araşdırıb dərc etməyə çalışacağıq ki, problemlərin həll olunmasıda bizim də az da olsa töhfəmiz olsun. Hamı 5-10 “kontur”a görə oxucu şikayətlərini bir küncə tullasa axırımız necə olacaq?
Daha yaxına gedib Gürcüstandakı qiymətlərə nəzər salaq. Bu ölkədə ən baha olduğu halda belə 4-5GB 10 lariyə (manatla hazırkı məzənnə ilə ifadədə 5-6 manata təqdim edilir). Rusiyada Azərbaycandakından fərqli olaraq mobil operatorlar eyni qiymətə çox böyük fərqlə internet paketləri təqdim edirlər. Lakin, eyni tariflə 250-300 rubla ( 7-8 manata) internet tarifi tapmaq mümkündür. Qazaxıstanda da 5GB 1 490 təngə (6,6 manat) təşkil edir.
Bütün bunlarla bağlı araşdırmalarımız davam edir və ətraflı şəkildə silsilə yazılarla hamısına toxunmağa çalışacağıq.
“Nar Mobile”in də söz haqqını tanıyır və mövqe bildirərlərsə dərc etməyə hazır olduğumuzu bildiririk.
QEYD: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
7Times.az
Follow @7timesaz