Ölkə

Partiya sədri: “Elə sədr var, həyat yoldaşı onun partiyasına üzv olmur ki, get işinlə məşğul ol”

Partiya sədri: “Elə sədr var, həyat yoldaşı onun partiyasına üzv olmur ki, get işinlə məşğul ol”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Partiya sədri tanıyıram ki, rəhbərlik etdiyi təşkilatın möhürünü hara qoyub, yadına düşmür. Elə partiya sədrləri də var ki, həyat yoldaşı belə onun partiyasına üzv olmur ki, get işinlə məşğul ol, səndən siyasətçi olmaz”.

“Report” xəbər verir ki, bu sözləri deputat, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev parlamentin noyabrın 29-da keçirilən plenar iclasında “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin l oxunuşda müzakirəsi zamanı çıxışında deyib.

Onun sözlərinə görə, elə siyasi partiya var ki, adındakı hərflərin sayı üzvlərinin sayından çoxdur:

“Hesab edirəm ki, yeni qanun layihəsinin əsas qayəsi ondan ibarətdir ki, bu məsələlər həllini tapsın. Siyasi partiyalara hörmət olmalı və nüfuzu qalxmalıdır”.

“Bəzi insanlar var ki, cibində 5-6 partiyanın vəsiqəsini gəzdirir. Hansı sərf edirsə, ondan da istifadə edir. 3-5 və ya 10 nəfərlə siyasi partiya olmaz. Bir ara siyasi partiya yaratmaq dəb halını almışdı. Bu gün başqa dövrdür” – E.Musayev əlavə edib.