Cəmiyyət

Deputat qızının polisə verilməsi xəbərini belə təkzib etdi

Deputat qızının polisə verilməsi xəbərini belə təkzib etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, deputat Fəzail Ağamalının qızı Günay Ağamalı polisə verilib.

“7Times.az”ın əldə etdiyi məlumata görə, buna səbəb Günay Ağamalının rəhbərlik etdiyi “Buta” uşaq bağçasında 4 yaşlı qızcığaz Firəngizin nəzarətsizlikdən yıxılaraq ayağının sınmasıdır.

Məsələylə bağlı deputat Fəzail Ağamalı ilə əlaqə saxladıq. O “7Times.az”a açıqlamasında xəbərin yalan olduğunu bildirdi:

“Mənasız suallarla nə özünüzü yorun, nə də məni…Mənim şəxsi həyatıma niyə müdaxilə edirsiz?…Belə bir məlumat yoxdur”.