Biz öz universitetlərimizin reytinqini qaldırmalıyıq.
7Times.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsində “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə deputat Siyavuş Novruzov bildirib.
Deputat çıxışı zamanı bəzi şikayətlərini dilə gətirib: “Bu gün Avropada, Amerikada təhsil alan biri diplomunu gətirən kimi bütün müəssisələr onu işə qəbul edir. Niyə həmin insanlara ayrıseçkilik olmalıdır? Bu gün Bakı Dövlət Universitetinə qəbul üçün 200 bal toplaya bilməyən gedib pulla Avropada, Afrikada təhsil alırsa, bunun nəyi üstündür? Xaricdən gələnlər özü ilə yeni düşüncə, din, əqidə, baxış gətirir. Biz bu gün ona görə də, milli universitetlərin səviyyəsini qaldırmalıyıq. Biri gəlir, tərcümeyi-halına baxırsan ki, iki ildə 4 universitet bitirib. Bunu necə edib? Təlim keçmək, universitet bitirmək deyil. Bizdə həmin sertifikatlardan yüzlərlədir, indi gətirib hər kəsə göstərək ki, nəyimiz var?”.
S.Novruzov yaşlı müəllimlərin təhsil prosesindən kənarlaşdırılması məsələsinə də toxunub: “Yaşlı müəllimlərlə bağlı çıxışlar oldu. Hər kəs bilməlidir ki, heç kim cavan qalmayacaq. Ona görə də yaşlı müəllimlərə şərait yaradılmalıdır ki, onlar biliklərini artırsınlar”./Modern.az
Follow @7timesaz