Ölkə

Aydın Hüseynov: “Qarabağda, Şərqi Zəngəzurda Gömrük postlarının qurulması çox vacibdir!”

Aydın Hüseynov: “Qarabağda, Şərqi Zəngəzurda Gömrük postlarının qurulması çox vacibdir!”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Milli Məclisin növbəti plenar iclası keçirildi. Cari məsələlər istisna olunmaqla, iclasın gündəliyinə 25 məsələ daxil edilib.

“Gömrük tarifi haqqında” qanun layihəsini birinci oxunuşda deputat Aydın Hüseynovun fikirləri dinlənildi: -“Müzakirə etdiyimiz qanun layihəsi ilə bağlı çox hörmətli Tahir müəllim ətraflı məlumat verdi, eyni zamanda Komitəmizdə Gömrük Komitəsinin sədr əvəzi Şahin müəllimin iştirakı ilə ətraflı müzakirələr getdi və qanunun əsas mahiyyəti Gömrük Sərhəd keçid məntəqələrindən surətli keçidin tənzimlənməsi və eləcə də Gömrük orqanlarının məsuliyyətinin artırılmasından ibarətdir.

Burda bir neçə məsələni diqqətə çatdırmaq məqsədilə əvvəlcə Gömrük Məcəlləsinin 3-cü maddəsinə nəzər salmaq istərdim. -Azərbaycan Respublikasının ərazisi vahid gömrük ərazisidir. Azərbaycan Respublikasının Konstitusiyası:
-Təbii ehtiyatlar Azərbaycana aiddir. Yerin təki haqqında qanun:

-Yerin təkində istifadə aşkar şəkildə həyata keçirilir. Mən bu istiqamətdə fikirlərimi bölüşdürəcəm. Dedik ki, Konstitusiyamızın qanununda göstərilir ki, Azərbaycan ərazisi gömrük ərazisidir. Ona görə də bizim ərazimizin, əzəli, əbədi, tarixi ərazimizin biri də Qarabağdı, Şərqi Zəngəzurdu. O ərazilərdə də bizim Gömrük postlaraımızın olması çox vacibdir. İndi mən başa bir rəsmi səsləndirəcəm”-deputat bildirdi. O, Ermənistanın ixrac etdiyi məhsulların tərkibinə diqqət çəkərək dedi: -“31 faiz filizlərdi və bu filizlərdən 923 milyon dollar əldə edib. 11 faizi qiymətli metallar; qızıl, qızıl məmulatları 326 milyon dollar-öz statistikalarıdı, yəni, bu 2021-ci ilin statistikasıdır.

6,7 faiz qara və digər metallar. Bütövlükdə 1 milyard 450 milyon dollar vəsait əldə ediblər. Bu 2020-ci illə müqayisədə 27 faiz artıb. Müharibə şəraitində 2020-ci ildə 10 faiz azalmışdı ona görə ki, müharibə şəraiti idi, Qarabağdan daşıyıb apara bilməyiblər. Elə ki müharibə dayandı, həmin Laçın dəhlizi sülhməramlıların nəzarətinə keçdi. Onlar yenidən Qarabağın Soyuqbulaqlı, Qızılbulaqlı, Söyüdlü və Dəmirli yataqlarını talayaraq, daşıyaraq, aparıb qızıl məmulatlarına çevirir, xaricə ixrac edir və 1 milyard 450 milyon dollar vəsait əldə edir. Bu vəsaitin nə qədəri onların özlərinindi? Ona görə də həmin ərazilərdə bizim Gömrük postlarımızın qurulması çox vacibdir çünki onları əldə etdikləri həmin valyutanı silaha verir, minalar alıb gətirib Azərbaycan ərazilərinə basdırırlar. Çox maraqlıdır, ermənistanın xarici borcu ümumi daxili məhsulun 70 faizini keçib. Əgər ermənistan bu qədər vəsaiti, valyutanı birbaşa əldə edirsə, borc verən ölkələr borcunu niyə tələb etmir? Bu kimi məsələlər mən hesab edirəm ki, bu vəsaitlər, Azərbaycana məxsus olan vəsaitlər Azərbaycana qayıtmalıdır. Biz isə necə deyərlər, qəpik-qəpik yığıb Qarabağda abadlıq, quruculuq işləri aparırıq. Quruculuq işlərindən də öncə ermənilər tərəfindən viran olmuş, talanmış evləri bərpa edirik.

Necə ki, Naxçıvanda Gömrük orqanlarının fəaliyyəti daha da möhkəmləndi və bir daha fikrimi təkrar edirəm, bütün strukturlardan əvvəl Qarabağda, Şərqi Zəngəzurda Gömrük postlarının qurulması çox vacibdir ki, Azərbaycanın strateji məhsullarını ermənilər daşıyıb aparır.” – deputat bildirdi.