REAL partiyasının icraçı katibi, tanınmış iqtisadi ekspert Natiq Cəfərli ötən gecə maşınını itirib.
Bu barədə iqtisadçı özü məlumat paylaşıb. O, hadisənin dünya çempionatına baxdığı zaman baş verdiyini deyib:
“Oyun bitdi, ayıq sürücü çağırdım, 1-2 bokal pivə içmişdik. Sürücü ilə maşını saxladığım yerə çatdıq, maşın yoxdur. Orada olan “stoyanşikdən” soruşdum, dedi ki, yəqin “ştrafnoya” aparıblar. “102”-yə zəng edib şikayət etdim, çünki o küçədə saxlamağı qadağan edən işərə yoxdur. Heç 3 dəqiqə keçməmiş polisdən zəng gəldi, çox ədəblə məsələni soruşdular, danışdım, dedim ki, yaxınlıqdakı bölməyə və cərimə meydançasına gedirik. Operativ şəkildə polis maşını, 3 əməkdaş ayırdılar, gəldik cərimə meydançasına – maşın orda da yoxdur. Polislər tez digər dayanacaqlarla, YPX əməkdaşları ilə əlaqə saxladılar – maşından xəbər yox. Düşündüm ki, maşını oğurlayıblar, bu da Messinin mənə xeyri.. Bəlli oldu ki, maşın o biri, paralel küçədədir”.
N.Cəfərli etiraf edib ki, dünənki futbol həyəcanına görə maşının yerini unudub: “Polislərdən onları məşğul etdiyimiz üçün üzr istəyib ayıq sürücü ilə evə gəldik. Bir sözlə, möhtəşəm, maraqlı, yaddaqalan final yaşadıq”.
sfera.az
Follow @7timesaz