Azərbaycan Dövlət Kukla Teatrında yoxlamalar davam etdirilmir.
Bu barədə Sfera.az-ın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, teatrda yoxlama davam etdirilmir və yenidən hər hansı bir yoxlamanın aparılması nəzərdə tutulmayıb.
“Bəzi sosial media hesablarında yoxlamanın yenidən keçirilməsi ilə bağlı məlumatlar həqiqəti əks etdirmir”, – nazirlikdən qeyd olunub.
Qeyd edək ki, Mədəniyyət Nazirliyi ötən il noyabrın 21-də Kukla Teatrında yoxlamalara başlamışdı. Bununla bağlı əmri həmin dövrdə mədəniyyət naziri olan Anar Kərimov imzalamışdı.
Teatr rəhbərliyi mətbuat konfransı keçirərək, yoxlamalara etiraz etmişdi. Lakin indiyədək yoxlamaların hansı səbəbdən aparılmasına aydınlıq gətirilməyib və nəticələri açıqlanmayıb.
Xatırladaq ki, Prezident İlham Əliyevin 2022-c il 22 dekabr tarixli sərəncamı ilə Anar Kərimov mədəniyyət naziri vəzifəsindən azad olunub.
Dövlət başçısının imzaladığı digər sərəncama əsasən, Adil Kərimov mədəniyyət nazirinin birinci müavini təyin olunub. Nazir vəzifəsinin icrası Adil Kərimova həvalə olunub.
Follow @7timesaz