Ölkə

Gümrüdəki “etiraz aksiyası” şousu: İrəvan Bakının gözündən pərdə asmaq istəyir?

Gümrüdəki “etiraz aksiyası” şousu: İrəvan Bakının gözündən pərdə asmaq istəyir?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Demokratik Qütb bloku 8 yanvar tarixində Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazası önündə etiraz aksiyası keçirib. Aksiya iştirakçıları Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı yataqların qanunsuz istismarı əleyhinə keçirilən etiraz aksiyasına etiraz bildiriblər.

Aksiya iştirakçıları Laçın yolunda yaranmış vəziyyətə görə, o cümlədən Rusiya sülhməramlı kontingetini də (RSK) günahlandırıblar. Aksiyaçılar bundan başqa RSK-dan Laçın yoluyla bağlı “öhdəliklərini yerinə yetirməyi” tələb ediblər.

Prinsip etibarı ilə Milli Demokratik Qütb siyasi hərəkatının üzvü Vaqe Qasparyan ermənilərin Rusiya Federasiyasının 102-ci hərbi bazasını blokadaya ala biləcəyini öncədən bildirmişdi. “Xalqımıza müraciət edəcəyik ki, Gümrüdəki hərbi bazanı blokadaya alsınlar. Rusiya hərbi bazası mühasirəyə alınacaq” – Qasparyan deyib.

Hər nə qədər aksiyada iştirak edən 100-dən çox adam saxlanılıb, “Rusiya düşməndir”, “İşğalsızlaşma, sovetsizləşmə, ruslaşsızma”, “Artsaxa beynəlxalq sülhməramlılar”, “Rusiya-Türkiyə işğalına – yox” şüarları səsələnsə də bunun İrəvanın növbəti şousu olduğu bəllidir.

Aydın məsələdir ki, Nikol Paşinyan Qərbyönlü siyasət yeridir və Rusiya Gümrüdəki 102-ci hərbi bazasının Ermənistandan çıxmasını istəyir. Lakin o bunun bu tezlikdə baş verməyəcəyini də yaxşı başa düşür. Bu mənada Paşinyan bu aksiya ilə Kremlin nəbzini yoxlayır. Yəni bu istiqamətdə gələcəkdə daha geniş bir aksiya keçirilsə Moskvanın cavabı necə olacağını Paşinyan test etmək istəyir.

O ki qaldı Gümrüdəki 102-ci hərbi bazasının Ermənistandan çıxmasına, nəzərə almaq lazımdır ki, Rusiya bu hərbi bazadan Qarabağa “humanitar yardım” adı altında silah-sursat daşıyır. Bu faktı rəsmi Bakı da dəfələrlə aşkarlayıb. Kreml faktiki olaraq 102-ci hərbi baza vasitəsi ilə separatçıları silahlandırır.

Rəsmi İrəvan hər nə qədər Qarabağ
Azərbaycanın daxili məsələsidir desə də 102-ci hərbi baza yolu ilə ermənilərin “müqavimətini” artırmaq vasitəsindən imtina etmək istəmir.
Bununla belə Nikol Paşinyan Qarabağdakı aksiyalardan və mövcud vəziyyətdən narahatdır və narahatlığını Kremlin diqqətinə bu yolla çatdırır.

Turan Rzayev

7Times.az