“Bərdə kəndlərində qulyabani tüğyan edir! Qardaş qonşu qardaşın evinə keçə bilmir, insanlar gecə olanda əl-ələ tutub gəzirlər; insanlar qorxu və vahimə içində qıvrılırlar. Axşam olanda tövlələr, ot tayaları hansısa bədheybət varlıqlar tərəfindən yandırılır, insanlara maddi və mənəvi ziyan vurulur. Dəhşətdir”.
“Son günlər Bərdənin kəndlərində qorxulu varlıqlarla qarşılaşan bir neçə nəfər ürəktutmadan dünyasını dəyişib”….
Bu cür paylaşımlarla son günlər Bərdə rayonundan olan sosial şəbəkə istifadəçiləri haray çəkib kömək istəyirlər. Ancaq onların harayına hay verəcək bir qurum, bir orqan, təşkilat yoxdur.
Bu varlıqlar daha əvvəl başqa rayonlarda da insanlara ziyan vurmuşdular. Onda da bunların qarşısını alacaq bir qurum (ekstrasenslər, parapisxoloq təşkilatları) olmadığından, bu problemi həll etməyi polislərə (?) həvalə etmişdilər. Polislər də həmin kəndlərdə çoxsaylı postlar qurub, qulyabanilərlə bir müddət “qaçdı-tutdu” oynadıqdan sonra cinlərlə bacarmadıqlarını görüb, işi bağlamaq üçün dedilər filan ruhi xəstə edirdi, çağırdıq danladıq falan… bununla da başlarından elədilər…
Bütün bunlar əslində polisin qabiliyyətsizliyindən deyil, cəmiyyətin anormallığından yaranır. Normal cəmiyyətlərdə başa düşürlər ki, polis cin tutan orqan deyil, (gözlə görünən cinayətkar insanları məsuliyyətə cəlb etmək üçündür). Ona görə də belə problemlər yarananda onlar bunu ekstrasenslərə, parapsixoloqlara… həvalə edirlər.
Bizdə isə, əksinə, hər işi polisə həvalə etdikləri kimi, elə bilirlər cinləri, qulyabaniləri də polisə həvalə etmək olar.
“İtin qabağına ot, atın qabağına ət” qoyduğumuza görə bu gün Bərdə rayonunun bir çox kəndlərində əhali iki həftədən çoxdur ki, qorxu, əsəb, stress içindədir; hətta, qorxudan ürəyi tutub ölənlər də var.
Bu gün dünya ölkələrinin böyük əksəriyyətində ekstasenslər birliyi, yaxud, parapsixoloqlar cəmiyyəti fəaliyyət göstərir və belə paranormal halların qarşısını alırlar. Azərbaycan dünyada az sayda ölkələrdəndir ki, burada bu cür təşkilat və yaxud, cəmiyyət fəaliyyət göstərmir. Ona görə də bu sahədə qabiliyyəti olan adamlar xaricə (əsasəndə Rusiya və İsrailə) üz tuturlar. Ölkəmizdə qeyri rəsmi fəaliyyət göstərən ekstrasenslər də heç vaxt özlərini aşkar biruzə vermirlər. Yəni,ruhi varlıqların hücumu bu cür kütləvi hal alanda ekstrasens və parapsixoloqlar olaya aşkar müdaxilə edə bilmirlər (bunu qadağan edən qanunlardan çəkinirlər).
Açığını desək indiyədək evində belə paranormal hallar baş verən vətəndaşlarımızdan mənə müraciət edənlər çox olub. Elmi-lədun bilicisi olaraq müraciət edənlərə kömək etmişəm. Bərdə rayonunun hazırda əziyyət çəkən sakinlərinə də köək etməyə hazıram. Bir şərtlə ki, ya dövlət səviyyəsində, ya da fərdi qaydada bizə müraciət olunsun.
Paşa Yaqub,
Psixoterapevt, Elmi-lədun bilicisi
7Times.az
Follow @7timesaz