Maraqlı

Bərdədə baş verən paranormal hadisələrin sirri rayonun seriyasında gizlənir?

Bərdədə baş  verən paranormal hadisələrin sirri rayonun seriyasında gizlənir?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər Bərdə rayonunun bir çox kəndlrində paranormal hadisələr baş verməkdədir. Belə ki, bədheybət varlıqlar (camaat onları qulyabani adlandırır) kəndlərə hücum edərək, tövlələri, ot tayalarını yandırır, insanlara ziyan vurmaqla, gecələr onlarda qorxu, vahimə, həyəcan yaşadırlar. Axşam olanda sakinlər qorxularından bayıra çıxa, həyətə düşə bilmirlər… Kəndlərdə polis postları, kameralar qurulsa da, bu qorxunc varlıqların (cinlərin) qarşısın ala bilmirlər. Onların kamera görüntüləri belə insanlarda qorxu, vahimə yaradır…

Elmi-lədun hesablamalarımız göstrir ki, qorxulu varlıqların Bərdə rayonuna kütləvi və açıq hücumunun sirri rayonun seriyasında (9) gizlənir. Hadisənin üzərindən sirr pərdəsini qaldırmaq üçün 9 rəqəminin hikmətlərinə nəzər salaq.

                          Quran niyə məhz 114 surədir?

Kainatın 4 cəhətdən;
təbiətin 4 fəsildən ibarət olmasını;
insanın 4 ünsürdən yaranmasını;
Quranın 4-cü səmavi kitab olmasını
nəzərə alıb, bu müqəddəs kitabın ilk dörd surəsində olan ayələri cəmləyək:

                             7 + 286 + 200 + 176 = 669

Bu 669 ayələrə diqqətlə fikir versək, görərik ki, burada bəşəri dəyərlər çox mülayimliklə təbliğ edilir və heç bir cəzadan söhbət açılmır. Buna görə də 669 ədədi “Quran”da bəşəri dəyərlər, mülayimlik rəmzi sayılır.
Bəşəri dəyərlərə əməl etməyənlərin necə cəzalana­cağın­dan bəhs edən surələr isə rəqəmi ilə gəlir (9 rəqəmi “Tövbə” surəsinin sıra nömrəsi olduğundan Quranda tövbə rəmzi sayılır)  və sayı 11 olan (9, 19, 29, …… 109) bu surələrdəki ayələri cəmləsək 555 ədədi alınır:

                      129 + 98 + 69 + 75 + 18 + 24 + 52 + 46 + 30 + 8 + 6 = 555

Bu ayələr isə, bir qayda olaraq cəzadan və tövbədən bəhs etdiyindən 555 ədədi “Quran”da sərtlik, tövbə və cəza rəmzi sayılır.
Elə isə, mülayimlik rəmzi olan 669 ədədindən, tövbə və cəza rəmzi olan 555 ədədini çıxaq:

                              669 – 555 = 114

Göründüyü kimi, mülayimliklə sərtliyin fərqi “Quran”ın surələrinin sayı (rəmzi) olan 114 ədədini göstərir.
Düsturdan o da məlum olur ki, müqəddəs kitab mülayimliklə sərtliyin vəhdətindən ibarətdir. Necə ki, Rəbbim 13-cü surənin 6-cı ayəsində buyurur:
“Həqiqətən, Rəbbin insanların zülümlərinə baxma­ya­raq, onlara qarşı mərhəmət sahibidir. Və şübhəsiz ki, Rəbbinin cəzası da şiddətlidir!” 13:6

Buradan məlum oldu ki, Bərdə rayonunun rəmzi (seriyası) olan 9 rəqəmi Quranda tövbə rəmzidir. İnsanların günahları həddən artıq çoxaldığına və tövbə etmədiklərinə görə Allah-taala müxtəlif bəlalar göndərir ki, onun da biri gözə-görünməz qüvvələrdir (onlar istəyəndə vahimə yaratmaq üçün görünə bilirlər).
Diqqətinizi 9 rəqəmində olan digər hikmətlərə cəlb etmək istərdik. Belə ki, 9-cu surə (“Tövbə”) yeganə surədir ki, “Bismillah”sız başlayır. Belə ki, Quranda “Bismillah” kəlməsi 114 dəfə keçsə də, 9-cu surədə bu kəlmə keçmir. Əvəzində “Qarışqalar” (28) surəsində Süleyman Peyğəmbərin Bəlqisə yazdığı məktub “Bismillah” kəlməsi ilə başlayır ki, bununla da həmin surədə bu kəlmə iki dəfə keçmiş olur. Beləliklə, “Bismillah” kəlamının sayı 114-ə çatır.
Burada diqqət çəkən məqam ondan ibarətdir ki, 28-ci surədə “Bismillah” sözü iki dəfə keçir; həm də cinlər padişahı Süleyman Peyğəmbərin dili ilə  (Süleyman Peyğəmbər elmi qarışqadan öyrəndiyini demişdi). Bu təsadüfdürmü? Bunun təsadüf olmadığı ondan görünür ki, Quranın “Cinlər” surəsi məhz 28 (!) ayədən ibarətdir. Bununla Allah-taala bizlərə işarə verir ki, qulyabani dediyiniz cinlərin toxunmasından, hücumundan qorunmaq istəyirsinizsə, hər işə “Bismillah”la başlayın və Allaha sığının. Belə etməyəndə və günahlarınız çoxalanda cinlər (qulyabanilər) insanlara hücum edir, vahiməyə salır (bəşər tarixində cinlərin, ruhi varlıqların insanların üzərinə göndərilməsi barədə Quranda çoxsaylı faktlar var)…

Yeri gəlmişkən, onu da qeyd edək ki, XXI əsr başlayandan “Quran” ikinci dəfə yaşanmağa başlayıb. Yəni, müqəddəs kitabda təsvir olunan bütün hadisələrin (əhvalatların) analoqu 2-ci (!) dəfə görünür.

Məsələn, XXI əsrin 2-ci (!) Qurban bayramı günü (22.02.2002) vəhy yolu ilə mənə məlum oldu ki, “Tövbə” (9) surəsinin ilk üç ayəsindəki hökm bugünkü Qurban bayramına da şamil olunur.
Belə ki, həmin ayələrdə bu gün Qurban bayramı (!) olduğu vurğulanaraq, doğru yolda olmadıqları insanların diqqətinə çatdırılır və düz yola qayıtmaq üçün onlara dörd ay möhlət verilir:
“Allahdan və Onun Peyğəmbərindən böyük Həcc günü (Qurban bayramında) müşriklərə bir xəbərdarlıq: “Yer üzündə dörd ay sərbəst gəzib dolaşın və bilin ki, siz Allahı aciz qoya bilməzsiniz”. Əgər tövbə etsəniz, bu sizin üçün xeyirli olar. Əgər üz döndərsəniz, bilin ki, Allahın əzabından qaçıb canınızı qurtara bilməzsiniz. Kafir (günahkar) olanları şiddətli bir əzabla müjdələ!” (Bax:“Tövbə” (9) surəsinin ilk üç ayəsinə).

Dörd aylıq möhlətin 22-24 iyunda (bayram 3 gündür.) bitəcəyini bildiyimdən, bu barədə o vaxtkı dövlət başçısına və xalqa açıq məktub yazıb, mətbuat orqanlarına göndərdim (5 iyun 2002-ci il tarixdə həmin müraciət “Hürriyyət” qəzetində çap olundu). Müraciətimdə 22 iyindan etibarən Yerə böyük bəlalar enəcəyini xəbər verdim və sübutlar (hesablamalar) təqdim etdim…
Nəhayət, 22 iyunda (2002) Cənubi Azərbaycanda baş verən 9 (!) bal zəlzələ ilə bəşəriyyətin cəzalanma prosesinin başlanğıcı qoyuldu (həmin zəlzələdə 22 təkan qeydə alındı və bir çox yaşayış məntəqələri tamamilə Yer üzündən silindi). On­dan sonara Yerdə baş verən bütün təbii fəlakətlər, yanğınlar və təyyarə qəza­la­rı­nın bu prosesin davamı olduğunu zaman-zaman məqalələrimizdə və kitablarımızda riyazi hesablamalarla sübut etmişik.

9-cu surənin “Bismillah”sız başlamasından və ilk üç ayəsindən görünür ki, bu surə 22-ci (Həc) surənin davamıdır.
22“nin “9”a çevrilməsi “Quran”da olduğu kimi, fizika elmində də özünü büruzə verir. Belə ki, bütün cihazlarınızın üzərində 220 ədədi həkk olunub (həmçinin, insan da 220 sümüyün birləşməsindən yaranıb. Deməli 220 ədədi insanın da üzərində həkk olunub).
İndi isə, məişətimizdə işlətdiyimiz cihazların daxilində qoyulmuş transformatorların funksiyasına nəzər salaq: bu transformatorlar 22(0) voltluq enerjini bir qayda olaraq 9-a (!) çevirirlər.
Buradan belə qənaət hasil olur ki, insan öz enerjisini işə çevirərkən, onu vicdanının (oxu: daxili transformatorunun) süzgəcindən keçirməlidir. Yəni, TÖVBƏ-nin sərhədləri daxilində hərəkət etməlidir; öz enerjisini günah işlərə sərf etməməlidir.
Əgər insan fizikanın (Allah kainatı fizikanın qanunları ilə idarə edir.) qanunlarına tabe olmayıb, enerjisini günah işlərə (özündən aşağılara zülm etməyə, pozğun həyat tərzi keçirməyə, insanları aldatmağa…) sərf edərsə, onda mütləq gec-tez bəlaya məruz qalacaqdır. Son dövrlərdə cəmiyyətdə həyacanlı hadisələrin (o cümlədən cinlərin hücumunun) artması da məhz bu amillərlə əlaqədardır…
Odur ki, insanlarımız fürsəti qaçırmayaraq, günahlarına görə tövbə etməli, vəzifədə olub-olmamasından aslı olmayaraq özlərindən aşağı təbəqələrə zülm etməməli, haqqı, ədaləti qorumalı, biri-birlərini aldatmamalı, pozğun həyat tərzindən uzaqlaşmalı, harama meyl etməməli, tərəzidə, verdikləri sözdə… düz olmalıdırlar. Belə etsələr gələn bəlalardan və cinlərin hücumundan qurtula biləcəklər.

Yuxarıda 22-nin 9-a çevrilməsindən bəhs etdik. Bu ədədlərin fərqi 13-ə bərabər olduğundan  (22 – 9 = 13) bir qədər də  13 ədədi barədə danışmağı vacib bilirik.
Yeri gəlmişkən, onu da diqqətinizə çatdıraq ki, “Quran”ın 13-cü surəsi «Göy Gurultusu» adlanır. Göy gurultusunun enerji prosesi olduğu və həyəcan yaratdığı hamıya məlumdur. Surədə deyilir: «Göy gurultusu Onun şəninə təriflər deyir. O, ildırımlar göndərib (kafirlər) Allah barəsində mübahisə edərkən, onlara istədiyini vurar. Allahın cəzası şiddətlidir!» (13:13)

Maraqlıdır ki, 13 ədədindəki hikmət kimya elmində də özünü biruzə verir. Belə ki, Mendeleyev cədvəlindəki 13-cü (!) element Alüminiumdur. Elektrik ötürmə qabiliyyəti yüksək ol­du­ğundan, Alüminium energetika (!) sənayesinin özəyini təşkil edir.
13 rəqəmi fizika elmidə də həyəcan rəmzi sayılır. Təsadüfi deyildir ki, hidrogen atomunun enerji qəbul etməmiş (həyəcanlanmamış) yükü 13 EV-dur. Hidrogen atomu enerji qəbul etdikdə yükü 13-dən keçir və həyəcanlanır; yükünü ötürməklə boşalır… beləliklə,  enerji ötürülməyə (naqillə axımağa) başlayır…
İnsanlar arasında bəd xəbərin tez yayılması da həyəcan­lanma ilə əlaqədardır. Belə ki, bəd xəbərin enerji yükü mənfi olduğundan, onu qəbul edən insan həyəcanlanır və yükünü ötürməyə çalışır. Beləliklə bəd xəbər sürətlə ötürülməyə başlayır… Bu halı atomun və təbiətin həyəcanlanması (göy gurultusu) ilə müqayisə etdikdə, çox böyük oxşarlıq görünür.
Həmçinin, təbiət öz həyəcanını (yükünü) yağışla boşaltdığı kimi, insan da göz yaşı ilə boşaldır…
Həyəcanlanma ilə bağlı diqqətinizi başqa bir maraqlı məqama cəlb etmək istəyirik. Yəqin çoxlarınız fikir vermiş olar: insanda həyəcan yarananda bu həyəcana ilk reaksiyanı bağırsaq verir. Yəni, beyinə həyəcanlı xəbər (siqnal) gələndə bağırsaqda kəskin sancı yaranır… Biologiya elmi təsdiq etmişdir ki, hər bir insanda bağırsağın uzunluğu 13 (!) metrdir ki, bu da həyəcan rəmzidir.
Maraqlıdır ki, 114 ədədi (114-cü ayə) Quranda məhz 13 dəfə keçir (digər surələrdə ayələrin sayı 114-dən azdır).
13 ədədinin quruluşuna diqqət etsək, buradakı 1 “Əlif”ə, 3-ü isə üzü yuxarı qoysaq “Lam”a bənzəməklə, ərəbcə ALLAH sözünə bənzədiyini görmək olar.
Təsadüfü deyildir ki, insanlar cinlərin hücumundan həyəcanlanarkən ilk olaraq yadlarına düşən söz “Bismillah” olur və sığınacaqları yer Allah olur.
Buradan aydın olur ki, insanların günahları çoxaldıqca Allahdan uzaqlaşırlar. Cinlər hücum etdikdə isə, insanda həyəcan yaranır və istər-istəməz yadlarına Allah düşür və Ona sığınırlar.
Əgər insanlar hər zaman işə başlarkən “Bismillah” desəydilər, yedikləri heyvanların başını “Bismillah” deyib kəssəydilər, haramdan, günahdan uzaq dursaydılar nə cinlər hücum etməz, nə də həyəcan, xəstəlik yaranmazdı.
Elmi-lədun hesablamalarımız göstərir ki, bu gün Bərdə rayonunda yaşanan həyəcanlı hadisələr tək orada yaşayan əhaliyə deyil, bütün Azərbaycan xalqına verilən mesajdır ki, ağlınızı başınıza (başda 22 sümük var) yığın, enerjinizi 9-a çevirin (tövbə edin); əks halda belə həyəcanlı hadisələr hamınızın başına gələ bilər:

     22 – 9 = 13

Söz ardı: cinlərdə olan enerji dalğalarının tezliyi insandakından qat-qat yüksəkdir. Bu neqativ dalğalar onunla üz-üzə gələn insanın sinir sisteminə güclü zərbə vurur. Nəticədə insanda daim qorxu (panikatak), həyəcan, sinir ağrıları… və yaxud sinir sisteminin pozulması baş verə bilir (bunu TV dalğalarının vurulması ilə müqayisə edin). Belə hallara qarşı tibb elmi aciz qalsa da, bizim yaratdığımız Elmi-lədun müalicə metodu bu kimi halları asanlıqla (dərmansız) aradan qaldırır.

Sirlər üzərindən pərdələri qaldırdı: Dr. Paşa Yaqub  – Elmi-lədun bilicisi

Əlaqə: 050 375 30 97