Ölkə

“Bizə ermənisiz Qarabağ lazımdır” – MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

“Bizə ermənisiz Qarabağ lazımdır” – MƏHƏMMƏD ƏSƏDULLAZADƏbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əgər kim vətəndaş olaraq qalmaq istəyirsə, qanunlara tabe olacaqsa qala bilər”

“Ermənistan azərbaycanlıları öz torpaqlarında etnik təmizləməyə məruz qoyubsa, niyə bizim ərazimizdə niyə cinayətkar erminələr qalmalıdır?! Ermənistan 30 il ərzində işğal altında saxladığı Azərbaycan ərazisində etnik təmizləmə və vandalizm siyasəti aparıb. Türkiyədən başqa, heç bir beynəlxalq təşkilat və dövlət Ermənistanı etnik təmizləmədə, işğalda və vandalizm siyasətində ittiham etmədi, cəzalandırmadı”.

Bunu 7Times.az-a açıqlamasında Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə qeyd edib.

Politoloq əlavə edib ki, bütün bunlara rəğmən, Azərbaycan işğal olunmuş əraziləri azad edərkən etnik ermənilərin yaşadığı əraziyə daxil olmadı, etnik təmizləmə aparmadı: “Halbuki Azərbaycan Qarabağdakı ermənilərin tam çıxarılmasında haqlı idi və hüquqa sahibdir. Çünki ermənilərin Qarabağda qalması Azərbaycan xalqının təhlükəsizliziyinə və dövlətin suverenliyinə təhlükədir. Bizim hüququmuz var ki, Qarabağdakı ermənilərin çıxıb getməsi üçün istənilən təzyiq edək”.  

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri hesab edir ki, Qarabağda etnik erməni qalmamalı və onlar bu ərazidən çıxıb getməlidir: “Əgər kim vətəndaş olaraq qalmaq istəyirsə, qanunlara tabe olacaqsa qala bilər. Bütövlükdə bizə ermənisiz Qarabağ lazımdır”.

7Times.az