Cəmiyyət

Prokurorluqdan daha bir Gəncə açıqlaması: 12 ölü, 40-dan çox yaralı var

"Hazırda hadisə yerində istintaq-əməliyyat tədbirləri həyata keçirilir".

Prokurorluqdan daha bir Gəncə açıqlaması: 12 ölü, 40-dan çox yaralı varbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Düşmənin silahlı qüvvələrinin 17.10.2020-ci il tarixdə gecə saat 01 radələrində Gəncənin mərkəzi hissəsində yerləşən dinc sakinlərin yaşayış məntəqələrini raket atəşinə tutması nəticəsində 12 nəfər həlak olmuş, 40-dan çox şəxs yaralanmış, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdir”.

Bu barədə 7times.az-a Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətindən bildirilib.

“Hazırda hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

İctimaiyyətə son vəziyyətlə bağlı əlavə məlumat veriləcəkdir”,- deyə məlumatda qeyd edilir.