Dünya

Gizlənqaç oynayan yeniyetmə günlər sonra başqa ölkədə tapıldı

Gizlənqaç oynayan yeniyetmə günlər sonra başqa ölkədə tapıldıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gizlənqaç oyunu zamanı yük konteynerinin içərisində gizlənən Banqladeşli oğlan altı gün sonra başqa ölkədə tapılıb.

 

7Times.az xəbər verir ki, 15 yaşlı Fahim Çittaqonq liman şəhərində dostları ilə gizlənqaç oynayarkən yük konteynerinin içərisində gizlənərkən yuxuya gedib.

Daha sonra konteyner ticarət gəmisi ilə Malayziyanın West Portuna göndərilib.

Sosial şəbəkədə yayılan videoda Fahim altı gün yeməksiz və susuz qaldıqdan sonra çaşqın olduğu görünür.

Rəsmilər əvvəlcə Fahimin insan alverinin qurbanı olduğunu düşünsələr də, daha sonra gizlənqaç oyunu zamanı konteynerə girdiyini məlum olub.

Malayziyanın Daxili İşlər Naziri Datuk Seri Saifuddin Nasution İsmayılın mediaya açıqlamasına görə, uşaq tapıldıqda xəstə halda olub: “Uşağın konteynerə girdiyi, yuxuya getdiyi və özünü burada tapdığı güman edilir. Polisə şikayət edilib”.