Dünya

Netanyahu: Dünya İranın əsl üzünü gördü

Netanyahu: Dünya İranın əsl üzünü gördübackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail və ABŞ İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün Tehrana qarşı birgə səylərini artıracaq.

 

7Times.az  xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ dövlət katibi Entoni Blinkenlə Qüdsdə keçirdiyi görüşdən sonra deyib.

 

“Hesab edirəm ki, İran rejiminin nüvə silahı əldə etməməsi ilə bağlı ümumi konsensus var. Ortaq siyasətin işlənib hazırlanması və təhlükənin qarşısının alınması üçün birgə səylər barədə söhbətimiz oldu. İsrail əlindən gələni edir ki, İranın nüvə silahı və onların çatdırılma vasitələri əldə etməsinin qarşısını alsın”, – baş nazir bildirib.

 

Onun sözlərinə görə, ABŞ dövlət katibinin İsrailə səfəri dünya ictimaiyyətinin İranın əsl üzünü gördüyü vacib məqama təsadüf edib.

 

“Bu rejimin öz xalqına qarşı vəhşiliyini gördülər, öz sərhədlərindən və Yaxın Şərqdən kənara necə zorakılıq ixrac etdiyini gördülər”, – Netanyahu vurğulayıb.