Bərdə rayonunda çörəkbişirmə müəssisəsində yanğın olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.
Belə ki, rayonun Birinci Qaradəmirçi kəndində ümumi sahəsi 515 kvadratmetr (1-ci mərtəbəsi 500 kvadratmetr, 2-ci mərtəbəsi 15 kvadratmetr) olan ikimərtəbəli çörəkbişirmə sexinin ikinci mərtəbəsində yerləşən ofis otağında əşyalar yanıb, yüksək temperaturdan lambirdən ibarət tavan əriyib. Çörəkbişirmə sexinin qalan hissəsi yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Follow @7timesaz