Cəmiyyət

Ucarda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 6 nəfər saxlanılıb (onlardan 1.6 kq artıq marixuana və 5 ədəd çətənə bitkisi götürülüb)

Ucarda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 6 nəfər saxlanılıb (onlardan 1.6 kq artıq marixuana və 5 ədəd çətənə bitkisi götürülüb)backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərə qarşı qətiyyətli əməliyyat tədbirləri davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan 7Times.az-a verilən məlumata görə, son günlərdə şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində qeyd edilən qanunsuz əməllə məşğul olan 6 nəfər saxlanılıb. Həmin şəxslərdən ümumilikdə 1 kiloqram 600 qramdan artıq narkotik vasitə marixuana və 5 ədəd xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş çətənə bitkisi aşkarlanaraq götürülüb.

Saxlanılanlar barəsində RPŞ-nin İstintaq Bölməsində cinayət işləri açılıb, araşdırmalar davam etdirilir. Bu istiqamətində tədbirlər şöbə əməkdaşları tərəfindən davam etdirilir.