Maraqlı

Xilaskar necə tanınacaq? – Mənə inanmayan axşam Aya baxsın

Xilaskar necə tanınacaq?  – Mənə inanmayan axşam Aya baxsınbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən yazımızda qeyd etdik ki, Azərbaycanda meydana çıxacaq Pangeyist (Sülhyaradan, Xilaskar) tezliklə öz elmi ilə Dünyada sülhü bərqərar edərək, haqqı. ədaləti bərpa edəcək; bundan sonra Dünyada kamillik (Pangeyizm) dövrü başlayacaqdır (bax: “Hürriyyət” qəzetinin 24 yanvar tarixli sayına). Sözümüzün sübutu üçün Ayın üzərindəki bir sirri də açmışdıq: Ayın üzərində hər axşam müahidə etdiyimiz “ləkə” əslində Yerin ilk yaranış forması olan Pangeya materikinin xəritəsidir (bax: yazıdakı Ay və Pangeyanın fotolarına).

Məqalənin “Hürriyyət”də dərcindən sonra ünvanımıza çoxsaylı suallar gəlməkdədir. Oxucular əsasən “Pangeyisti (Xilaskarı) necə tanımaq olar?”, “hansı nəsildən olacaq?”, “tarixi mənbələrdə bu barədə məlumat varmı?” kimi suallar ünvanlayıblar. Suallara cavab tapmaq üçün tarixi mənbələrə birlikdə baş vuraq.

Qeyd edək ki, kahinlər indiki dövrdə meydana çıxacaq (bizim Pangeyist adlandırdığımız) şəxsi bəziləri Mehdi, bəziləri Xilaskar, bəziləri də Xoşbəxt adlandırıblar və onun Asiyada meydana çıxacağını proqnozlaşdırıblar.Məşhur kahin Nostradamus bu mövzuda kəhanətlər yazıb, indi yaşadığımız dövrdə meydana çıxacaq Xilaskarın (Pangeistin) əlamətlərindən bəhs edib. Nostradamus Yaxın Şərq mənşəli bir Xilaskarın Asiyada meydana çıxacağını və onun gəlişilə, dünyanın Qızıl Çağa girəcəyini söyləyir. Məşhur kahin Xilaskardan kitabın onuncu dərsinin 75-ci dördlüyündə bəhs edərək söyləyir:

 “Uzun müddətdir gözlənilən adam heç dönməyəcək Avropaya; Asiyada ortaya çıxacaq; Hermesin Birliyindən gələn biri; Şərqin bütün krallarının üstündə səsləniləcək”.

Şifrə şərhçiləri bunu belə şərh edirlər: “Kahin “gözlənilən adam” dedikdə Mehdini nəzərdə tutur və Mehdi (Xilaskar) Asiyada ortaya çıxacaq”.

Hinduların müqəddəs kitablarında da xilaskarın zühuru haqqında müjdələr var. Bu kitablarda deyilir: “Dördüncü dövrün axırlarında yer əhli fəsada çəkilər və onların əksəri kafir olar. Onlar böyük günahlar edərlər və hakimləri alçaq bir şəxs olar. Həmin dövrün insanları bir-birini yırtan canavara bənzəyər. Kahinlər və din adamları yolunu azar, haqq oğruların əlinə düşər, təqvalı və zahid insanlar alçaldılar… Həmin vaxt “Brəhman Kəla”, yəni, şücaətli bir dindar zühur edər və öz elmi ilə yer üzündə fəsadın kökünü kəsər. O, pak insanları hifz edəcək”.

”Şakomuni” kitabında deyilir: “Dünya hakimiyyəti aləmin yaranmışlarının ağası nəslindən olan böyük “Kəşnin” əlinə keçəcək. O, Şərq və Qərb dağlarına hakim olacaq. Bütün İlahi dinlər bir dinlə əvəz olacaq. Adı Qaim olan bu şəxs Allahın dinini canlandıracaq”.

Hindu kitablarından olan ”Vişn-cok” kitabında yazılır: “Dünyanın sonunda hakimiyyət Allahı sevən və Onun xalis bəndələrindən olan bir şəxsin əlinə keçəcək. Onun adı Xoşbəxtdir”.

Hindu kitablarından olan “Bask” kitabında yazılır: “Dünya həyatı adi bir şəxsin hakimiyyəti ilə tamamlanacaq. O, mələklərin, cin və insanların rəhbəridir. Haqq onunladır. O, suya, quruya, dağlara hakim olacaq. Göylərdə və yerdə olandan xəbər verəcək. Ondan böyüyü dünyaya gəlməmişdir”. “Upanişad” kitabında deyilir: “O, dünyanın axırlarında zühur edər. Quyruqlu ulduztək işıq saçar. Bütün rəzil insanları həlak edər, yeni bir həyat qurar. Paklığı yer üzünə qaytarar”.

Bəs xəbəri min illər öncə verilən Xilaskar (Mehdi, Pangeist) nə vaxt gələcək?

“Pisliyin yaxşılıqla döyüşü” ilə əlaqədar Nostradamusun kral II Henriyə yazdığı məktubu araşdıran Pendiriyə məktubun son sətirlərinə diqqət çəkir:

“Bu gün və bir az zaman sonrası yox olacaq. Bu, uzun sürən dövrdən sonra, Saturnun səltənəti, Qızıl Çağ yenidən başlayacaq. Qullarının ağrısını hiss edən Yaradan, Şeytanı dibsiz quyunun dərinliklərinə atacaq. Daha sonra Allah ilə insan arasında universal bir sülh başlanacaq. Və Şeytan illər boyunca orada bağlı qalacaq. Və daha sonra bağlarından qurtulacaq…”. Burada diqqət çəkən məqamlardan biri Xilaskarın “Hermesin Birliyindən gələn biri” kimi xəbər verilməsidir. Bildiyimiz kimi, “Hermes” Misir mifologiyasında “Tanrının mesajçısı”dır.

Yəni, Nostradamus Asiyada (bizə görə Azərbaycanda) ortaya çıxacaq bu liderin əslində Orta Şərq – Misir tarixinə bağlı olacağını bildirmiş olur. Araşdırmalarımız göstərir ki, “Hermes” Misir dilində İdris Peyğəmbərin adıdır. Məlum olduğu kimi, İdrisin əsl-nəsəbi dörd nəsillə Şis Peyğəmbərə yetişir. İbn Əsir yazır ki, Adəm dünyadan gedəndə İdrisin 368 yaşı vardı. Onun ivrit dilində adı Xunux, ərəbcədə isə Uxnux kimi tələffüz olunur. Bəzi tədqiqatlara görə, Yunan hikmət alimləri onun adını Hirmisül, yaxud, həkim Hirmis qoymuşlar. Hirmis ərəbcə olub, yunanca “İrmis” Merkuri ulduzu mənasındadır. Onun anadan olduğu şəhəri bəziləri Babil, bəziləri isə qədim Misirin paytaxtı Mənəf şəhərinin olduğunu qeyd edirlər. Nübüvvət mənsəbi Əbul-bəşər Adəm və onun övladı Şisdən sonra bütün xüsusiyyətlər, İsmi-əzəm və vəsiyyətnamə ilə ona yetişdi. Əbdül Vəhhab Nəccarın “Qisəsül-ənbiya” kitabında İdrisin Misirə gəlməsi, orada məskunlaşması və camaatı haqqa dəvət etməsi yazılır. Əlavə edir ki, o dövrün camaatı yetmiş iki dildə danışırdılar və Allah-taala bütün bunları ona öyrətdi. İdris də siyasət, idarəetmə və ölkə qayda-qanunlarını camaata öyrətdi. Həmçinin şəhərsalma yollarını da onlara öyrətdi. Bunun nəticəsində yer kürrəsində 188 şəhər salındı və onların ən kiçiyi Rəha şəhəri idi. İdris camaatı Allahın dininə, yeganəliyinə və Ona ibadət etməyə dəvət edərək deyirdi: “Bu dünyada yaxşı, saleh əməl axirətdə Onun əzabından qurtuluşa səbəbdir”. O, camaatı dünyada zöhdlə yaşamağa və ədaləti bərqərar etməyə çağırırdı. Həmçinin, onları müəyyən vaxtlarda namaz qılmağa, müəyyən günlərdə oruc tutmağa, düşmənlərə qarşı cihad etməyə, zəkat verməyə, zəiflərə kömək etməyə, cənabətdən paklığa, it və donuz kimi heyvanlardan çəkinməyə, məstedici içkilərdən uzaq olmağa və s kimi haram şeylərdən çəkinməyi əmr edirdi.

Tarixdə İdris peyğəmbərin ən böyük peyğəmbərlərdən olması və Allah-taalanın bütün mənəvi, zahiri və batini nemətləri onda toplaması qeyd olunur. Nübüvvət mənsəbindən əlavə, zahirdə də qüdrət və əzəmətə çatması, camaatın ona hökmran kimi itaət etməsi və böyük hörmətlə yanaşması yazılır. Belə rəvayət olunur ki, İdrisin dövründə zalım bir padşah yaşayırdı. O zorla camaatın əkin sahələrini və mal-dövlətlərini əlindən almışdı. Onun gözəl bir qadını var idi və işlərini onunla məsləhət edir, onun dediyi ilə rəftar edirdi. Bir gün zülmləri səbəbindən İdrisin nifrətinə giriftar oldular. Padşah özü, o gözəl qadını və bütün tabeçiləri tənəzzülə uğrayaraq naümid oldular. İllər boyu camaata qıtlıq üz verdi…

Tarixi mənbələrdə xəbər verilir ki, “İdrisin boyu hündür, sinəsi geniş, səsi alçaq, danışığı sakit və yeriyəndə addımlarını qısa atırdı… O, paltar tikən ilk şəxs idi və hər vaxt iynə vuranda Allaha təsbih edir, onun böyüklüyünü və birliyini xatırladırdı. Hər gün camaatın yaxşı əməl etməklərinə baxmayaraq, onun əməlləri asimana qalxırdı”. O dövrdə mələklər yerə enib camaatla əl verib salamlaşır və söhbət edirdilər. Bu, onların saleh, pak və layiqli bəndə olmalarından irəli gəlirdi. Bu vəziyyət həzrət Nuha qədər davam etdi. Ondan sonra artıq camaat mələkləri görmədilər.

Sual yaranır: bütün dinlərin, kahinlərin, öngörücülərin xəbər verdikləri Xilaskarı (Pangeisti) Nostradamus niyə İdris Peyğəmbərə bağlı olacağını xəbər verir? Tarixi mənbələrdə onun İdris adlandırılması həddən artıq dərs və kitabla məşğul olması ilə əlaqədardır. Tariximənbələrdə göstərilir ki, ilk yazı yazan, paltar tikən,elmləri ilk (Allahdan) öyrənənvə öyrədən şəxs İdris idi. Ondan qabaq insanlar özlərini heyvan dəriləri ilə örtürdülər. O, bir çox elmlərin – nücum (münəccimlik), hesab (cəbr), həndəsə, heyət (astronomiya) və s. elmlərin mənşəyi və ilk müəllimi hesab olunur. İdris bunları heç yerdən oxumurdu (o dövrdə kitab yox idi); o, bunları Elmi-lədun yolu ilə mənimsəyirdi. Yəni, Allahdan gələn vəhylərlə mənimsəyirdi və yazaraq insanlara öyrədirdi. Ona görə də bu elmlərin ilk mənbəyi İdris Peyğəmbər sayılırdı.

Müasir dövrdə meydana çıxacaq Xilaskarın da (Pangeistin) elm cəhətdən İdris əleyhissalama oxşaması onun Elmi-lədun sahibi olacağına işarə verməklə, həm də İdris və ondan sonra gələn bütün Peyğəmbərlərin missiyalarını davam etdirəcəyini bildirir.

Ruh missiya yüklənmiş bir kompyuter proqramı kimidir. Kompyuterin biri sıradan çıxanda ondakı proqramları (oxu: missiyaları) yeni kopyuterə yükləməklə, həmin fəaliyyəti davam etdirmək mümkün olduğu kimi, peyğəmbrlər də dünyalarını dəyişdikcə missiyaları (ruhdakı proqramlar, qabiliyyətlər) sonradan meydana çıxan xilaskarlara yüklənir və bu proses qiyamətə qədər davam edəcək. (Kompyuterləri proqramlarla eyniləşdirmək mümkün olduğu kimi, insanları da ruhlarla (missiyalarla) eyniləşdirmək mümkündür). Qısa olaraq onu bildirək ki, zühuru bu dövrdə gözlənilən Xilaskar əslində İdris Peyğəmbərdən üzü bəri bütün peyğəmbərlərin (o cümlədən İsanın) və imamların (İmam Mehdinin) missiyasının davamçısıdır. Eyni zamanda, onların elmi ilə (Elmi-lədunla) yüklənmiş olacaqdır.

O ki, qaldı həmin Xilaskarın bəşəriyyəti hansı ideya ətrafında birləşdirəcəyinə, ötən yazımızda qeyd etdiyimiz kimi, bu ideya Pangeya ideyası olacaqdır. Hazırda bütün dinlər mafiyanın nəzarətində olduğuna görə, Azərbaycanda meydana çıxacaq bu şəxs, Yerin ilk materiki olan və birlik, bütövlük rəmzi sayılan Pangeya ideyasını irəli sürərək, bəşəriyyəti bu ideya ətrafında birləşdirəcək. Beləliklə, Yer kürrəsində sülh, əmin-amanlıq, insanlıq bərqərar olacaq ki, bu səbəbdən Allah Öz bərəkətini yenidən Yerə yağdıracaqdır (hansı ki, bərəkət indi Yerdən çəkilib).

Mənə inanmayan axşam Aya baxsın. Ayın üzərindəki xəritə dediklərimi təsdiq edir.

Paşa Yaqub,

Həkim, Elmi-lədun bilicisi