Aparıcı Vüsalə Əlizadə zəlzələ bölgəsinə göndərilən yardımlarla bağlı paylaşım edib.
OLAY yazır ki, Vüsalə instaqramda yardım qutularından çıxan ziyafət libasını paylaşaraq bu sözləri bildirib:
“Məni qınamayın, amma hansı məhzəbə qulluq edəsən ki, bu psixologiyada olasan? Köhnə, cırıq-yırtığını qoymağa yer tapmayanlar, evi təmizləyim, yer boşalsın, fürsətdir, adı olsun nəsə etdim psixologiyasından çıxın. Bu yardım deyil. Bunun yerinə dilinizdə dualar göndərin”.