Sosial

Qarabağ qazisinin çıxışı fars sevdalılarının qəzəbinə səbəb oldu – FAKT – FOTOLAR

Qarabağ qazisinin çıxışı fars sevdalılarının qəzəbinə səbəb oldu – FAKT – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Artıq bir neçə gündür Azərbaycanda yaşayanlar Türkiyədəki zəlzələdə zərərçəkənlərə kömək məqsədilə əllərindən gələni etməyə çalışırlar. Davam edən yardım kampaniyasına yaşından və sosial imkanlarından asılı olmayaraq, az qala, hər kəs qoşulmağa çalışır.

Yardım kampaniyasında iştirak edən Qarabağ qazisi, Çeçenistanın milli qəhrəmanı Arif Məhərrəmov da iştirak edib. Qazinin çıxışı hər kəsi duyğulandırıb. Onun çıxışı Azərbaycanə və Türkiyə mediasında da gündəm olub. Görünür ki,  Qarabağ qazimizin çıxışı fars sevdalılarına heç də xoş olmayıb. Onlar xüsusilə də sosial şəbəkədə böyük bir sistem qura biliblər. Ən acınacaqlısı odur ki, xarici ölkənin mollalarının tezislərini müdafiə edənlər, açıq təbliğatını aparanlar artıq illərdir boy göstərirlər. Azərbaycanı sevən, onun dünyəvi dövlət dəyərlərini qorumağa maraqlı insanlar ayıq olmalı, ölkəmiz üçün bu təhlükənin nə qədər ciddi olduğunu anlamalıdırlar. Qarabağ qazisi Arif Məhərrəmovun Türkiyə mediasında gündəmə çevrilməsi və sonda boz qurd işarəsini tutması İran sevdalılarınının qəzəbinə səbəb olub. 7Times.az sözgüdən faktları təqdim edir:

7Times.az