Abşeronda quldurluq və hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən 3 nəfər saxlanılıb.
DİN Mətbuat xidmətindən Qafqazinfo -a verilən məlumata görə, fevralın 10-da Xırdalan şəhərində 3 nəfərin Bakı şəhər sakini olan bir kişinin video görüntülərini sosial şəbəkədə yayacağı ilə hədələyib 1350 manatını almaları barədə polisə məlumat daxil olub. Əməli törətməkdə şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş Qismət Soltanov, Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Xankǝrǝm Umudov və Kanan Nağıyev müəyyən olunaraq saxlanılıblar. Araşdırmalarla onların fevralın 7-də yaşadıqları evdə bir nəfəri bıçaqla hədələyib mobil telefonunu, 850 manatını, instaqram səhifəsini ələ keçirmələri, yanvarın 15-də isə digər bir şəxsi döyərək 500 manatını və qızıl boyunbağısını quldurluq və hədə-qorxu ilə talamaları müayyan olunub. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Qismət Soltanov sosial şəbəkələrdə “trans Səbiş” ləqəbi ilə tanınan şəxsdir. O, daha əvvəl də Nəsimi rayonunda binaların birində elektrik enerjisinin kəsilməsinə görə komendantın köşkünə bıçaqla hücum çəkmişdi. Abşeron RPİ-də qeyd olunan 3 nəfər barəsində Cinayət Məcəlləsinin 181-ci (Quldurluq) və 182-ci (Hədə-qorxu ilə tələb etmə) maddələri ilə cinayət işi başlanılıb. Araşdırma aparılır.
Follow @7timesaz