Ukrayna Ali Radasının bir qrup deputatı, o cümlədən hakim “Xalqın xidmətçisi” partiyasının deputatları parlamentə 8 Mart – Beynəlxalq Qadınlar, 1 May – Beynəlxalq Əmək və 9 May – Qələbə Günlərinin qeyd olunmasından imtina ilə bağlı qanun layihəsi təqdim ediblər.
7Times.az xarici KİV-nə istinadən xəbər verir ki, layihədə fevralın 25-də Ukrayna Qadını Gününün təsis edilməsi və rəsmi istirahət günü olması təklif edilib. Bu tarix ukraynalı şairə Lesya Ukrainkanın doğum günü şərəfinə seçilib.
Həmçinin 1 May Əmək Günü və 9 May Qələbə Gününün ləğv edilməsi, əvəzinə yalnız 8 Mayda Anım və Barışıq Gününün qeyd edilməsi təklif olunur.
Follow @7timesaz