“Bizim son ana qədər ümidimiz var idi ki, dörd tələbəni canlı qarşılayaq. Təəssüf ki, onların cansız bədənini qarşılayası olduq”.
Bunu 7Times.az-a açıqlamasında Türkiyənin Malatya şəhərində baş verən zəlzələdə dağılan binanın altında qalan 4 tələbədən biri olan Samir Quliyevin dayısı oğlu Ramal Şəmşədli deyib. O qeyd edib ki, tələbələrin sağ qalmasına son ana qədər ümidli olublar:
“Onların yaşadığı mənzildən Azərbaycan-Türkiyə bayraqları və Qurani-kərim çıxdı. Bizə dörd tələbədən əmanət qalan bunlar oldu. Çox üzücü bir durumdur. Dörd gənc bizim gələcəyimiz idi. Onların ürəyi Vətənlə döyünürdü”.
Follow @7timesaz