Maraqlı

Əkizlərə hamilə olan qadın 10 gün fərqlə yenidən hamilə qaldı

Əkizlərə hamilə olan qadın 10 gün fərqlə yenidən hamilə qaldıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TikTok-da “Sarışın Dovşan” adlı gənc qadın əkizlərə hamilə olarkən yenidən hamilə qalacağını və üçəmlər dünyaya gətirəcəyini izah edən bir video çəkib.

7Times.az bildirir ki, İngiltərədə yaşayan qadın təbii yolla əkiz uşaq sahibi olub. O və yoldaşı bu xəbərə çox seviniblər. İlk hamiləliyi olduğunu deyən gənc qadın həkimlərin üçəm dünyaya gətirəcəyini dedikdə şoka düşüb. Üçüncü körpə əkizlərdən 10 gün sonra ortaya çıxıb.

Marketinq sahəsində çalışan qadın bildirib ki, bu vəziyyət superfetasiya adlanır və qadınlarda ayda iki dəfə yumurtlama baş verir.

“Normal olaraq vücudunuz hormonlarınızı dəyişdirməli və hamilə qaldığınız zaman yenidən yumurtlamanızın qarşısını almalıdır. Bu mənim başıma gəlmədi. Qadınların təxminən 10% -i ayda iki dəfə yumurtlaya bilər, ancaq yalnız 3% -də mənim kimi bir xəstəlik var”.

“Texniki olaraq körpələrimin doğum tarixləri fərqlidir, amma xoşbəxtlikdən bu tarixlər eyni gündə doğulacaq qədər yaxındır. Beləliklə, onların hamısı üçəm hesab olunacaqlar. Yumurtalarım superfetasiyaya görə fərqli tarixlərə malik olduğundan, hamiləlik müddəti əslində bir-birindən fərqli olacaq”.

Hələ körpələrinin cinsiyyətini bilmədiyini bildirən gələcək ana, əkizlərdən başqa körpənin qidalanma problemi olduğunu bildirib.

“Həkim mənə iki həftədən bir ultrasəs müayinəsi aparır, superfetasiya olduğunu təsdiqləyir. Amma indi üçüncü körpəm tamamilə sağlamdır. Həyat yoldaşımla cinsi əlaqədə olanda artıq hamilə olduğum üçün qorunmuruq”.

16 həftəlik hamilə olduğunu bildirən qadının yay aylarında doğum edəcəyi düşünülür.

Həkimlər planlaşdırılmış doğuşda hər üç körpənin ən az 28 həftəlik olması lazım olduğunu, doğuşun isə orta hesabla 32-35 həftədə olacağını bildirir.

“Normal doğuşla doğum etməyi düşünürəm, amma təbii ki, bu mənim ilk və son hamiləliyim olacaq”.