Cəmiyyət

92 yaşlı Ömər Eldarov koronavirusa yoluxdu

Məşhur heykəltaraş hazırda müalicə üçün xəstəxanaya müraciət edib.

92 yaşlı Ömər Eldarov koronavirusa yoluxdubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xalq rəssamı, məşhur heykəltəraş Ömər Eldarov koronavirusa yoluxub.

Bu barədə 7times.az-a Ömər Eldarov özü məlumat verib. O, əməkdaşımızla söhbətində bildirib ki, COVID-19 testi pozitiv çıxıb.

Məşhur heykəltaraş hazırda müalicə üçün xəstəxanaya müraciət etdiyini söyləyib. Ömər Eldarovun səhhəti haqqında ətraflı məlumat almağa çalışacağıq.

Qeyd edək ki, 21 dekabr 1927-ci ildə anadan olan Ömər Eldarovun hazırda 92 yaşı var.modern.az