Cəmiyyət

Rusiyada 41 avtomobil toqquşdu: Yaralananlar var

Rusiyada 41 avtomobil toqquşdu: Yaralananlar varbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Novqorod vilayətində M-11 federal magistralında kütləvi qəzaya uğrayan avtomobillərin sayı 41-ə, zərərçəkənlərin sayı 14-ə çatıb.

7Times.az xəbər verir ki, beş nəfər beyin silkələnməsi ilə xəstəxanaya yerləşdirilib, onlardan dördü uşaqdır.

Bu barədə regional yol polisi idarəsinin mətbuat xidməti xəbər verib. Bildirilib ki, xəstəxanaya yerləşdirilənlərin beyin silkələnməsi var. 9 nəfər isə xəstəxanaya yerləşdirilməkdən imtina edib. Məlumata görə, kütləvi qəzanın baş verdiyi M-11 ödənişli magistral yolunda 4 kilometrlik tıxac yaranıb.

Qeyd olunub ki, qəzaya pis hava şəraiti səbəb olub./Sfera.az