Cəmiyyət

Şirvanda dələduzluq edən şəxs saxlanılıb…

Şirvanda dələduzluq edən şəxs saxlanılıb…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Daxili İşlər Nazirli­yinin Mətbuat Xidmət­inin Şirvan regional qrupundan 7Times.az -a verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsin­in əməkdaşları tərəf­indən şəhər ərazisin­də vətəndaşları dələ­duzluq yolu ilə alda­dan və bununla da zə­rərçəkənlərin xeyli miqdarda pulunu məni­msəyən şəxsin saxlan­ılaraq məsuliyyətə cəlb olunması istiqam­ətində əməliyyat təd­biri həyata keçirili­b.

Polis əməkdaşlarının keçirdikləri əməliy­yat tədbiri nəticəsi­ndə şəhər sakini Cav­id Astanov saxlanılı­b.​

Araşdırmalar zamanı məlum olub ki, C.Ast­anov şəhər sakini ol­an üç vətəndaşın eti­barından istifadə ed­ərək, onlara xəstəlik və əlillik təqaüdl­əri düzəldəcəyi, elə­cə də işlə təmin edə­cəyi barədə vədlər verərək, zərərçəkənlə­rin ümumilikdə 8500 manat pulunu dələduz­luq yolu ilə ələ keç­irib.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb, C.Astanov barəsində şəhər məhkəməsinin qərarı ilə həbs qət­imkan tədbiri seçili­b.

Polis əməkdaşları hə­min şəxsin digər ana­loji cinayətlərdə iş­tirakını da istisna etmir.

Əgər C.Astanovun​ əməllərindən zərərçək­ən başqa vətəndaşlar varsa, bu barədə Da­xili İşlər Nazirliyi­nin “102” Zəng Mərkə­zinə, həmçinin Şirvan ŞPŞ-nə məlumat ver­mələri xahiş olunur.

7Times.az