Cəmiyyət

TƏBİB intihara cəhd edən jurnalistin səhhəti ilə bağlı məlumat yaydı

TƏBİB intihara cəhd edən jurnalistin səhhəti ilə bağlı məlumat yaydıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TƏBİB jurnalist Aygün Əliyevanın səhhəti ilə bağlı məlumat yayıb.

Qurumdan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Aygün Əliyeva bu gün saat 11:45 radələrində dərman zəhərlənməsi diaqnozu ilə TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.

İlkin tibbi yardım göstərilib, hazırda müalicəsi davam etdirilir.

Qeyd edək ki, Aygün Əliyevanın intihar məqsədilə xeyli həb qəbul etdiyi barədə məlumatlar yayılıb.