Şair Murad Köhnəqala da saxlanılıb.
7times.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı Şəlalə Göytürk məlumat verib.
O bildirib ki, dünən günorta saatlarından Murad Köhnəqaladan məlumat ala bilməyib.
Yoldaşı deyir ki, Muradı Köhnəqalanı 18-ci polis bölməsində görüblər.
“Dünən danışdım, şəhərdə idi. Günortadan sonra əlaqə saxlamaq mümkün olmadı. Murad ayın 16-17-də Kəramətlə qalıb. Kəramət canlı yayıma çıxanda valideynləri zəng edib ondan xahiş ediblər ki, Kəraməti dayandırsın. Kəramətlə aralarında mübahisə yaranıb, Kəramət söyüb Muradı. Murad da onun evini tərk edib. İndi sosial şəbəkələrdə ağzına gələni yazanlar işin əslini bilmirlər”, – Şəlalə Göytürk deyib.
Avqustun 18-də yazıçı Kəramət Böyükçöl canlı yayıma çıxdığına görə saxlanılıb.
Polis onun qonşuların şikayəti əsasında saxlandığını açıqlayıb. (arqument.az)
Follow @7timesaz