“Özünə qəsd edənlər Cənnətə getmir sevdiyinə qovuşmur bilirəm.Ona görə ölənə kimi həvəslə, əziyyətlə qurduğumuz öz evimizdə səbrlə yaşayıb sənə qovuşmağı gözləyəcəm başqa çarəm yoxdu. Gözüm qapıda qalacaq, telefonda qalacaq, hər gün hər gecə səsivi hardan eşidim üzünü harda görüm hardan tapım səni basım bağrıma deyə deyə qalacam, o günü nece dözüb gözləyəcəm bilmirəm”.
7times.az xəbər verir ki, bu sözləri Qarabağ uğrunda düşmənə qarşı döyüşdə qəhrəmancasına şəhid olan Rəşad Babayevin xanımı ona məktubunda yazıb.
O sevgi dolu, məktubunda həyatyoldaşıyla fəxr etdiyini qeyd edib.
Məktubu geniş formada təqdim edrik:
“Sən mənim yaşama səbəbimsən tək sənə görə yaşayıram sən müharibəyə gedəndən hər zəng edəndə sənə “Mən səni hamıdan çox istiyirəm özdə hamıdan, mən sənlə yaşayırama sənlə nəfəs alıram yadından çıxmasın, hamının öz ailəsi var mənim ailəm sənsən, sənə nəsə olsa mənə də olacaq biləsən,sən hara getsən mən də ora gələcəm” deyirdim. Sən də mənə “Bilirəm canım mənim mən də səni hamıdan çox istəyirəm gələcəm narahat olma” deyirdin. İndi də danışıram sənlə hər gün ama daha cavabını eşitmirəm. Hələ mənə gələndən sonra nələr nələr edəcəyik, mən gördüyüm rayonlara öz təzə maşınımızla aparacam səni, övladımız olacaq, bizim ailəmiz ƏN ŞƏRƏFLİ ailədir deyirdin. İndi Cənnətdəsən Allahın yanındasan sənin bütün duaların qəbuldu Allaha dua elə məni sənə qovuşdursun tez. Özünə qəsd edənlər Cənnətə getmir sevdiyinə qovuşmur bilirəm. Ona görə ölənə kimi həvəslə, əziyyətlə qurduğumuz öz evimizdə səbrlə yaşayıb sənə qovuşmağı gözləyəcəm başqa çarəm yoxdu. Gözüm qapıda qalacaq, telefonda qalacaq, hər gün hər gecə səsivi hardan eşidim üzünü harda görüm hardan tapım səni basım bağrıma deyə deyə qalacam,o günü nece dözüb gözləyəcəm bilmirəm. Mən səni həm Can Yoldaşım, həm də uşağım bilirdim. Sənin qayğıva elə qalırdım.Yanında ola ola darıxırdım səninçün. Mən də sənin həm Can Yoldaşın, həm uşağın idim.
Həmişə sənə səni ölənə kimi, hətta öləndən sonra da çox istəyəcəm deyirdim.Bu dünyada Sənsiz ailəsiz qaldım. Allah məni öz Canımla sınadı. Bundan daha böyük dərd ola bilməz mənimçün.Üsyan eləmirəm Allaha çünki məni Sənə qovuşduran da yalnız Allah olacaq. Ürəyim doludu dolu da qalacaq sözlərlə,suallarla… Sən ən çox xoşbəxt olmağa layiq birisən, Allah mənə ən şərəfli, ən yaxşı birini sevdirdi. Nə xoşbəxtəm ki sənin Can yoldaşınam. Son danışdığın videoyla səni ,Azərbaycanın ən cəsur, ən qorxusuz, ən fədakar, ən mərhəmətli Qəhrəmanını bütün Azərbaycan, bütün Türkiyə tanıdı. Sən həm məni, ailəni, həm də milyonlarla insanın ailəsini uşağını yoldaşını qorumaq üçün özünü Vətən üçün Şəhid etdin. Mən öz ÜRƏYİMİ əlimdə vətən bayrağımızla qəlbən ən ağır dərdlə, ən böyük FƏXRLƏ yola saldım.
MƏN AZƏRBAYCANIN ƏN ŞƏRƏFLİ ƏN FƏDAKAR QƏHRƏMANININ RƏŞAD BABAYEVİN CAN YOLDAŞIYAM”.
Follow @7timesaz