Ölkə

Azərbaycan manatının dövretmə sürəti cüzi azalıb – 4,02 bənd təşkil edib

Azərbaycan manatının dövretmə sürəti cüzi azalıb – 4,02 bənd təşkil edibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu il fevralın 1-nə Azərbaycanın milli valyutası – manatın dövretmə sürəti 4,02 bənd təşkil edib. Azərbaycan Mərkəzi Bankının (AMB) hesabatında verilən məlumata görə, bu göstərici 2023-cü ilin yanvarın 1-i ilə müqayisədə 0,51 bənd, 2022-ci ilin fevralın 1-nə nisbətən isə 0,79 bənd azdır.

Xatırladaq ki, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi də 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.