“Son dövrlər biz Türkiyənin hərbi-sənaye potensialında yeni nümunələrinin istehsal olunmasını müşahidə edirik. Bu da Türkiyənin hərbi-sənaye kompleksinin ən yeni yüksək dərəcədə inkişaf etdiyinin bir nümunəsidir”.
Bunu BiG.AZ-a açıqlamasında politoloq Amid Əliyev deyib.
Siyasi şərhçi bildirib ki, bütün sahələrdə Türkiyə ilə Azərbaycan arasında sırf iqtisadi, siyasi, hərbi əməkdaşlıq var:
“Eyni zamanda, avtomobil nəqliyyatının son dövrlər Türkiyədə inkişaf etdiyinin ən bariz nümunəsi olan “TOGG” elektromobilinin ölkə başçımız Prezident İlham Əliyevə Türkiyə Respublikası prezidenti tərəfindən hədiyyə edilməsidir. Bu iki əsas faktor bizə onu deməyə əsas verir ki, Türkiyə son illər hərbi-sənaye kompleksinin inkişaf etdirilməsi, yeni silah növlərinin ixtira edilməsi və hərbi sənaye kompleksinin gücləndirilməsi istiqamətində olduqca əməli addımlar atır, əməli ixtiralara imza atır. Yəni biz bunun bariz nümunəsini İkinci Qarabağ müharibəsində də gördük ki, Türkiyə bizə siyasi və əməli dəstək göstərdi. Nəticədə biz İkinci Qarabağ müharibəsində qələbəni əldə etdik.
Nəqliyyat vasitələrinin istehsalına gəldikdə isə onu qeyd etmək lazımdır ki, Türkiyənin son elektromobil istehsalı onu göstərir ki, bu sahələrdə Türkiyə bu illər ərzində lazım olan inkişafı, tərəqqini əldə etmişdir. Əsas məsələ ondan ibarətdir ki, bütün sahələrdə Türkiyə ilə Azərbaycan arasında sırf iqtisadi, siyasi, hərbi əməkdaşlıq var. Bu günlərdə Türkiyə müdafiə naziri öz çıxışında bir daha bildirdi ki, yüksək səviyyədə texniki, siyasi, hərbi, iqtisadi əməkdaşlıq mövcuddur. Bundan başqa hər iki xalq arasında qardaşlıq münasibətləri, dil, din, adət-ənənə ortaqlığı vardır ki, bu da gələcəkdə hər iki ölkə tərəfindən ola biləcək inkişaf və tərəqqiyə xidmət edəcək”.
Follow @7timesaz