Hadisə bu gecə rayonun ucqar kəndlərindən birində qeydə alınıb.
Bizim.Media-nın yerli bürosu Şəki rayon mərkəzi xəstəxanasına istinadən bildirir ki, rayonun Şəki kənd sakinləri 35 yaşlı Zakir Cəlolov və onun həyat yoldaşı, 37 yaşlı Rəsmiyyə Cəlolova yaşadıqları ünvanda dəm qazından zəhərləniblər.
Ərlə-arvad yaxınlarının köməyi ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb və onlara ilkin tibbi yardım göstərilib.
Həyata keçirilən tibbi müayinə və müalicələrdən sonra xəstələrin vəziyyəti stabilləşib, həyatları üçün təhlükə aradan qalxıb.
Zəhərlənmə hadisəsinin təfərrüatları ilə bağlı araşdırmalara başlanılıb.
Follow @7timesaz