Rusiyanın ilhaq etdiyi Ukraynanın Krım yarımadasında hava hücumundan müdafiə sistemləri işə düşüb.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bunu Krımdakı separatçıların başçısı Sergey Aksenov teleqram kanalında yazıb.
O bildirib ki, heç bir itki yoxdur.
Hava hücumundan müdafiə sistemlərinin işə salınmasının səbəbi açıqlanmayıb.
Qeyd edək ki, Rusiya Krım yarımadasını 2014-cü ildə ilhaq edib.
Follow @7timesaz