Cəmiyyət

Gəncədə tarix-memarlıq abidəsinə qanunsuz müdaxilənin QARŞISI ALINDI 

Gəncədə tarix-memarlıq abidəsinə qanunsuz müdaxilənin QARŞISI ALINDIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə şəhəri, Atatürk prospekti 531 ünvanında yerləşən 3800 inventar nömrəli yerli əhəmiyyətli tarix-memarlıq abidəsinə qanunsuz müdaxilə faktının qarşısı alınıb.

Bu barədə Bizim.Media-ya Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib.

Baxış keçirilən zaman abidənin üzərində quraşdırılmış məlumat lövhəsi və binanın dam örtüyünün söküldüyü müəyyən edilib.

Müdaxilə faktının qarşısı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin əməkdaşları tərəfindən dərhal alınıb və aparılan qanunsuz təmir işləri dayandırılıb.

“Bir daha mülkiyyətində və ya istifadəsində tarix və mədəniyyət abidələri olan fiziki və hüquqi şəxslərin nəzərinə çatdırırıq ki, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır.

Həmin qanunun 5-ci və 25-ci maddələrinə əsasən abidələrin üzərində aparılacaq işlərin layihəsi Mədəniyyət Nazirliyi tərəfindən təsdiq edilməlidir.

Qeyd olunan qanunun 28-ci maddəsinə əsasən abidələrin qorunması haqqında Azərbaycan Respublikası qanunvericiliyini pozan şəxslər cinayət, inzibati, intizam və mülki məsuliyyət daşıyırlar.

Sözügedən faktla bağlı aidiyyəti dövlət orqanlarına müraciət olunub və birgə qanuna müvafiq tədbirlər görülməkdədir”, – məlumatda deyilir.