Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Kürdəmir rayonunun Karrar kəndi ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar TƏBİB-in tabeliyindəki Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən 8 nəfərdən 7-si ambulator müalicə üçün evə buraxılıb.
Bu barədə “Report”un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, vəziyyəti ağır olan 1 nəfər (qadın olmaqla) Bakıda yerləşən müvafiq tibb müəssisəsinə təxliyə olunub.
Xatırladaq ki, hadisə zamanı iki nəfər dünyasını dəyişib.
Follow @7timesaz