Ölkə

Azərbycanda 17 uşağı olan yeganə ailə… (VİDEO)

Azərbycanda 17 uşağı olan yeganə ailə… (VİDEO)backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bərdənin Cəyirli kəndində yaşayan İsgəndərovlar Azərbaycanda ən çox uşağı olan ailədir. Ailənin 17 uşağı var. Ən böyük övlad Yunisin 25 yaşı var, ən kiçiyi İnci isə yaş yarımlıqdır.

“Azadlıq Radiosu” çoxuşaqlı ailənin evindən reportaj hazırlayb.

Uşaqların anası Tünzalə İsgəndərova deyir ki, böyük övladlarından ikisi ailə qurub. Aralarında hərbi xidmətdə olanı, 44 günlük müharibədə könüllü iştirak edəni, tələbə olanı da var. 11 uşaq isə 18 yaşına yaşına çatmayanlardır: “Biz bu ilin yanvar ayına qədər 17 il ərzində sosial yardım almışıq. Böyük qızım Bakıda Texniki Universitetdə qiyabi oxuyur, həm də işləyir. 17 uşaqlı olsaq da, ailəmizə müavinətdən başqa güzəşt olunmayıb”.
Uşaqların atası Taleh İsgəndərov isə bildirib ki, əvvəllər mal-qarası olsa da, sonradan otlaq sahəsi olmadığına görə onları satmaq məcburiyyətində qalıblar.
Həmin reportajı təqdim edirik: