Sosial

AAYDA-dən şəhid ailələrinə STOP: “Bundan sonra siz də ödəniş edəcəksiniz”

AAYDA-dən şəhid ailələrinə STOP: “Bundan sonra siz də ödəniş edəcəksiniz”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli yeni avtomobil yolunun Bakı istiqamətindəki girişində,içərisində şəhid ailələrinin olduğu minik avtomabilinin yol qovşağına daxil olmasına icazə verilmiyib.Terminal rəhbərliyi həmin avtomabilin yola buraxılması üçün şəhid ailələrinin ödəniş etməli olduğunu bildirərək nəqliyyat vasitəsini ərazidə saxlatdırıb.

“7Times.az”-a müraciət edən şəhid ailələri bildirib ki,giriş terminalının rəhbərliyi onlara bu gündən etibarən bütün yol hərəkəti iştirakçıları kimi ödəniş etməli olduğu deyilib.

Məsələ ilə əlaqədar sözügedən terminal rəhbərliyi ilə əlaqə saxlayan “7Times.az”-ın əməkdaşına bu qərarın Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən,25 fevral 2024-cü il tarixindən etibarən tətbiq edildiyi bildirilib.

Mövzunu diqqətdə saxlayacağıq.

Gülay