Dünya

“ABŞ Avropada yeni termonüvə bombalarının yerləşdirilməsini sürətləndirib” – “Politico”

“ABŞ Avropada yeni termonüvə bombalarının yerləşdirilməsini sürətləndirib” – “Politico”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qərb Moskvanı “qırmızı xətti” keçməsindən çəkindirmək üçün daha qətiyyətli addımlar atmalıdır…”

“Köhnə termonüvə bombalarının yeni versiya ilə əvəzlənməsi üçün 100 milyard dollarlıq proqram qəbul edilib…”
“Bu addım Rusiyanın Ukraynada nüvə silahı tətbiq edəcəyi təhdidləri ilə bağlıdır…”
“ABŞ-ın Avropada taktiki termonüvə bombalarının sürətlə yerləşdirməsi Rusiyanın təhdidləri qarşısında özlərini həssas hiss edən müttəfiqlərini sakitləşdirəcək…”
ABŞ NATO-nun Avropadakı bazalarında özünün əsas nüvə bombasının daha dəqiq versiyasının yerləşdirilməsini sürətləndirmək qərarı verib. Əvvəlcədən 2023-cü ilin yazına planlaşdırılan B61-12 modernləşdirilən qravitasiya aviabombanın yerləşdirilməsi bu dəfə bu ilin dekabr ayına planlaşdırılıb.
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın “Politico” nəşri yazıb.
“Bu addım Avropa anbarlarında köhnə silahın ABŞ və müttəfiqlərinin  bombardmançıları və qırıcıları tərəfindən mümkün istifadəsi üçün köhnə silahın yeni versiyası ilə əvəzlənməsimi nəzərdə tutur və Rusiyanın Ukraynada nüvə silahı tətbiq edəcəyi təhdidləri ilə əlaqədar gərginliyin artması fonunda baş verir.
Getdikcə artan narahatlıqla əlaqədar Qərb Moskvanı “qırmızı xətti” keçməsindən çəkindirmək üçün daha qətiyyətli addımlar atmalıdır”, – Amerikanın “Politico” nəşri yazıb.
Pentaqonun rəsmi nümayəndəsi Patrik Rayderin sözlərinə görə, Amerikanın B61 nüvə silahının midernləşdirilməsi bir çox illərdir aparılır və Pentaqon təhlükəsiz və məsuliuyətli şəkildə köhnə silahı modern B61-12 ilə əvəz etməyi planlaşdırır.
O, həmçinin əmin edib ki, bu hərəkətlər Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə heç bir əlaqəsi yoxdur.
Yeri gəlmişkən, Avropada taktiki B61 termonüvə bombalarının sürətlə yerləşdirilməsi bir çox siyasi icmalçılar üçün gözlənilməz olub, onlar bunun Avropada onsuz da gərgin olan vəziyyəti daha da kəskinləşdirəcəyindən narahatdır.
Eyni zamanda  analitiklər güman edir ki, dekabrda ilk bombaların göndərilməsi daha çox Moskvanın təhdidləri qarşısında özlərini həssas hiss edən avropalı müttəfiqlərinə yönəlib.
Nüvə silahının yayılması və tətbiqi üzrə təşəbbüsləri dəstəkləyən “Ploughshares Fund” fontunun direktoru Tom Kollinin sözlərinə görə, sürətli əvəzləmə Rusiyadan daha çox NATO-ya hədəflənib.
“Köhnə B61 artıq var və Rusiya bunu bilir. Onlar əla işləyir. Yenilər daha yeni olacaq, amma fərq o qədər də böyük deyil. Lakin bu, Rusiya tərəfindən xüsusi təhlükə hiss edən müttəfiqlərimizi sakitləşdirə bilər”, – ekspert əmin edib.
Amerika alimləri Feferasiyası nüvə informasiyası layihəsinin direktoru Hans Meller Kristensen məlumat verib ki, B61-12 bombanın işlənib hazırlanması başa çatıb və tezliklə təxminən 480 belə bombanın tammmiqyaslı istehsalı başlanacaq. O, dəqiqləşdirib ki, yeni silah B61-4 kimi güc diapazonuna, yəni 0, 3; 1, 5; 10 və 50 kilotona malik olacaq.
B61 1960-cı illərin əvvəlində işlənib hazırlanan nüvə bombaları sinfindəndir və ilk dəfə Nevadada yeraltı nüvə sınaqlarının gedişində nümayiş etdirilib.
Onilliklər ərzində çoxsaylı versiyalar işlənib hazırlanıb və əksəriyyəti köhnəlib. B61-12 ömrünün uzadılmasının 10 milyard dollarlıq proqramı ABŞ energetika nazirliyi tərəfindən idarə edilir və bir neçə daha erkən versiyalarının, o cümlədən Almaniya, İtaliya, Belşika, Niderland və Türkiyə aviabazalarında saxlanılan təxminən 100 bombamın dəyişilməsi üçün nəzərdə tutulub.
Bu arada isə rusiyalı müxalifətçi, publisist Aleksandr Nevzorov deyib ki, son zamanlar Rusiyanın rəsmi şəxslərinin boşboğazlıq etdikləri “çirkli bomba” uydurma deyil, Rusiya Silahlı Qüvvələrinin təxminən 30 il ərzində dəfələrlə sınaqdan keçirdiyi xüsusi silah növüdür.