Aktual

ABŞ bu vaxta qədər Ukraynaya 60 mindən çox tank əleyhinə sistem verib – RƏSMİ  

ABŞ bu vaxta qədər Ukraynaya 60 mindən çox tank əleyhinə sistem verib – RƏSMİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ ordusunun Birləşmiş qərargahlar komitəsinin sədri, general Mark Milli Birləşmiş Ştatlar və onun müttəfiqlərin Ukraynaya bu vaxta qədər 60 min ədəd tank əleyhinə sistem verdiklərini bəyan edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə o, Senatın Silahlı qüvvələr üzrə komitəsində verdiyi hesabatda bildirib.

Generalın sözlərinə görə, Ukrayna artıq 25 mindən çox zenit silah sistemini əldə edib. Bu da Rusiyanın Ukraynanın hava məkanındakı mütləq üstünlüyünü qurmasına imkan vermir.

Amerikalı general Ukrayna dövlətinin buna görə, Vaşinqtona çox minnətdar olduğunu söyləyib.

Mark Milli Ukrayna ordusunun döyüşlərin sonrakı mərhələsi üçün zirehli texnika və artilleriyaya ciddi ehtiyacı olduğunu da dilə gətirib. Amerikan sistemlərini öyrənmək vaxt apardığı üçün Avropadakı müttəfiqlər vasitəsilə Ukraynaya hələlik onların alışdığı ağır silahlar təqdim olunur.

“Biz indi bu barədə NATO-nun digər üzv ölkələri ilə birlikdə müzakirələr aparırıq. Hazırda Ukraynanın cənub-şərqində gedən döyüşlər şimal və Kiyev ətrafındakı əməliyyatlardan xeyli fərqlənir. Çünki cənubda tərəflər hücumlarını daha açıq şəraitdə və zirehli texnikaların, mexanikləşdirilmiş birliklərin yardımı ilə həyata keçirirlər”,-deyə ABŞ rəsmisi qeyd edib.