İsrailin Qəzzadakı Cəbəliyyə qaçqın düşərgəsinə endirdiyi zərbə nəticəsində azı 18 nəfər ölüb, onlarla insan yaralanıb.
7Times.az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.
Məlumata görə, məcburi köçkünlərin sığındığı məktəb binasına artilleriya atəşi açılıb.
Bundan əvvəl də Qəzzanın cənub-şərqindəki Həyy Zeytun və Həyy ət-Tuffəh bölgələrinin atəşə tutulması nəticəsində daha 4 fələstinli həlak olub.
Səhər saatlarından etibarən Fələstin anklavında İsrail ordusunun hava hücumları və top atəşləri nəticəsində ümumilikdə 68 nəfər həlak olub.
Follow @7timesaz