ABŞ Dövlət Departamenti İsrailə 510 milyon dollar dəyərində silah satışını dəstəkləyən qanunu rəsmən təsdiqləyib.
ABŞ Müdafiə Təhlükəsizlik Əməkdaşlığı Agentliyinin (DSCA) yaydığı açıqlamada, satış paketində “BLU-109” bombaları üçün 3845 ədəd “KMU-558B/B” və “MK 82” bombaları üçün 3280 ədəd “KMU-572 F/B” kitlərinin yer aldığı bildirilib. Həmçinin, qeyd olunub ki, satış paketinə mühəndislik, logistika və texniki dəstək xidmətləri də daxildir.
Açıqlamada o da qeyd olunub ki, satış ABŞ-nin xarici siyasətini və milli təhlükəsizlik məqsədlərini dəstəkləyir, İsrailin mövcud və gələcək təhdidlərə qarşı müdafiə qabiliyyətini artırmaq baxımından həyati əhəmiyyət daşıyır.
Follow @7timesaz