İyunun 13-də İsrailin İrana hərbi hava hücumlarına başlamasından sonra onlarla SEPAH və ordu komandiri yoxa çıxıb.
Bu barədə “The Washington Post” qəzeti iranlı mənbələrə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, onların İsrail tərəfindən həbs edilib-edilməməsi, ölkədən qaçması və ya hədəfə alınıb-alınmaması hələlik bəlli deyil.
Qeyd edək ki, daha öncə İsrail İrana hava zərbələri ilə eyni zamanda, ölkənin yüksək vəzifəli şəxsləri ilə əlaqə saxlayaraq, onlara qaçmaq üçün vaxt verib.
Follow @7timesaz