Avstraliyanın ardından ABŞ-da da insan beyninə xüsusi çiplərin yerləşdirilməsi üzrə sınaqlara start verilib.
Bu çiplər sayəsində iflic olan xəstələr sadəcə düşünməklə çox şey edə biləcəklər. Həmçinin, çip vasitəsilə sadəcə düşüncə ilə email göndərmək, onlayn alış-veriş etmək, sosial şəbəkələrdə statuslar yazmaq mümkündür.
Bununla belə, çip texnologiyasının inkişafını müsbət qiymətləndirənlərlə yanaşı, ona şübhə ilə yanaşanlar da var.
Çipin istehsalçısı Avstraliyanın “Synchron” şirkətidir. Bu ölkədə keçirilən sınaqlarda beyninə çip yerləşdirilən insanlar sadəcə düşünərək tvit yazmağı bacarıblar.
Nyu-Yorkdakı sınaqlar uğurlu olarsa, cihazın ABŞ-ın müvafiq qurumları tərəfindən təsdiqlənəcəyi gözlənilir.
Follow @7timesaz