ABŞ dövlət katibi Entoni Blinken Türkiyənin xarici işlər naziri Mevlud Çavuşoğlu ilə telefonla danışıb.
APA-nın xəbərinə görə, bu barədə ABŞ dövlət katibi Entoni Blinken Tvitterdə bildirib.
Blinken xilasetmə işlərinə dəstəyini ifadə edib. Bildirib ki, ABŞ Türkiyə və Suriyada zəlzələdən zərər çəkənlərə kömək göstərməyə israrlıdır.