Dünya

“ABŞ-ın Əfqanıstandakı sınağının cəzasını bütün dünya çəkir” – Putin

“ABŞ-ın Əfqanıstandakı sınağının cəzasını bütün dünya çəkir” – Putinbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əfqanıstandakı son vəziyyətin regional və qlobal təhlükəsizliyə necə təsir edəcəyi hələlik bilinmir”.

7Times.az  “Sputnik”ə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

O bildirib ki, amerikalıların və müttəfiqlərinin Əfqanıstandan çəkilməsi yeni bir böhrana yol açdı:

“Bütün bunların regional və qlobal təhlükəsizliyə necə təsir edəcəyi hələlik bəlli deyil.

BRICS (Beş sürətlə inkişaf edən ölkədən ibarət olan bir qrupdur. Üzvlər: Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikasıdır – red.) ölkələrinin bu məsələyə diqqət ayırması tamamilə ədalətlidir.

Əlbəttə, Rusiya və BRICS-dəki tərəfdaşları Əfqanıstan torpaqlarında uzun müddətdir gözlənilən sülh və sabitliyin qurulmasını istəyir.

Bu ölkənin vətəndaşları onillərdir öz dövlətlərinin taleyini özləri müəyyənləşdirmək üçün mübarizə aparırlar və buna layiqdirlər.

Bununla yanaşı, Əfqanıstanın ətrafındakı ölkələr üçün təhdid olaraq qalması, Əfqanıstan torpaqlarından terrorun və narkotik qaçaqmalçılığının bizi təhdid etməsi maraqlarımıza xidmət etmir.

Biz qaçqın axınının dayandırılmasında maraqlıyıq. Əfqanların öz vətənində sülh içində və ləyaqətlə yaşaya bilməsinin tərəfdarıyıq.

Əfqanıstandakı mövcud böhranın xaricdən yad dəyərləri gətirmək, digər xalqların tarixi və ya milli xüsusiyyətlərini nəzərə almadan, digər ölkələrdə yaşanan adət-ənənələri görməzdən gələrək, ictimai-siyasi mühəndislik metodları ilə guya demokratik quruluşları yaratmaq kimi məsuliyyətsiz cəhdlərin birbaşa nəticəsi olduğunu dəfələrlə dilə gətirdim.

Bütün bunlar qeyri-sabitliyə və nəhayət, xaosa çevrilir. Bundan sonra bütün bu sınaqları aparanlar təcili qaçaraq, himayəsində olanlar daxil olmaqla, insanları taleyin ümidinə buraxırlar. Bunların cəzasını isə bütün dünya çəkmək məcburiyyətində qalır”.