Ölkə

ABŞ -ın Men ştatının nümayəndə heyəti Quba rayonuna səfər edib – FOTOLAR

ABŞ -ın Men ştatının nümayəndə heyəti Quba rayonuna səfər edib – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
26 may 2024-cü il tarixdə ölkəmizdə səfərdə olan Amerika Birləşmiş Ştatlarının Men ştatının rəsmiləri və ictimaiyyətinin tanınmış şəxslərindən ibarət nümayəndə heyəti Quba rayonuna səfər edib.
“7Times.az” xəbər verir ki,səfərdə Men Azərbaycan Cəmiyyətinin rəhbəri Tərlan Əhmədov, Men Nümayəndələr Palatasının üzvü Deqa Dalak, Men Nümayəndələr Palatasının üzvü Mana Abdi, Men ştatının senatoru Cil Dyuson, Hakim Pol Aranson, “Chance to Advance” Miqrantlarla İş üzrə qeyri-kommersiya təşkilatının rəhbəri Exlas Əhməd, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Aytən Rəhimova iştirak edib.
Səfər çərçivəsində qonaqlarla Quba Rayon İcra Hakimiyyətində Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudovun iştirakı ilə görüş keçirilib.
Sonra qonaqlar dağ yəhudilərinin kompakt şəkildə məskunlaşdığı Qırmızı Qəsəbə qəsəbəsi, buradakı sinaqoqlar, Dağ Yəhudilərinin Muzeyi, həmçinin Quba şəhərində “Soyqırımı memorial kompleksi” ilə tanış olub, ölkəmizdə, eləcə də rayonumuzdakı tolerant mühitdən öz məmnunluqlarını ifadə edib.
Firuzə
7Times.az