Aktual

ABŞ Rusiya üçün “cəhənnəm silahı” göndərir “MQ-9 Reaper” hansı üstünlüyə malikdir?

ABŞ Rusiya üçün “cəhənnəm silahı” göndərir – “MQ-9 Reaper” hansı üstünlüyə malikdir?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Co Baydenin Ukrayanaya veriləcək sonuncu hərbi yardım paketində Rusiyanı ciddi şəkildə narahat edən müasir silahlar var. Qərb mediasının yaydığı məlumata görə, Moskva bu silahların verilməməsi üçün Vaşinqtona hədələrlə dolu məktub göndərib.

Maraqlıdır, Kremli əndişləndirən hansı silahlardır ki, ABŞ onları Ukraynaya verməyə qərar verib?

Medianın yazdığına görə, əsas narahatlıq “MQ-9 Reaper” dronları ilə bağlıdır. Bu yeni nəsil zərbə silahı ağır raketlər daşımaq, radarlara yaxalanmamaq və 2 min kilometrı çatan zərbə radiosuna malikdir.

Hərbi ekspertlər “MQ-9 Reaper” dronunun imkanlarını Türkiyənin dünya şöhrətli “Bayraktar TB-2” dronları ilə müqayisədə daha təsirli silah olduğunu bildirirlər.

Belə ki, “MQ-9 Reaper”in maksimal sürəti 482 km.s, ən yüksək hündürlüyə qalxma həddi 15000 metr, maksimal uçuş çəkisi 4.76 ton, zərbə radiusu 1900 km. göstərilir. Buna görə də eskpertlər “MQ-9 Reaper dronları Rusiya üçün “cəhənəm silahı” adlandırırlar.