Dünya

ABŞ xalqının Baydenə inamı azalır – Əhalinin cəmi 39 faizi onu dəstəkləyir

ABŞ xalqının Baydenə inamı azalır – Əhalinin cəmi 39 faizi onu dəstəkləyirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Reuters/Ipsos” şirkətlərinin birgə apardığı sorğuya görə, ötən həftə 2024-cü ildə prezident seçkilərində namizəd olacağını bildirən, lakin hələ rəsmi açıqlama verməyə tələsməyən ABŞ prezidenti Co Baydenə ictimai dəstək xeyli aşağı düşüb.

“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, 14-16 aprel tarixlərində keçirilən sorğuya görə, amerikalıların yalnız 39 faizi Baydenin prezidentlik fəaliyyətini dəstəkləyir. Bayden siyasətinə ictimai dəstəyin əvvəlki ayla müqayisədə 3 faiz azaldığı qeyd edilir.

Qeyd olunur ki, bu, Baydenin 2021-ci ilin oktyabrında ən yüksək səviyyəyə çatdığı 44,1 faiz göstəricidən 5 faiz aşağıdır. Baydenə ictimai dəstəuyin 2022-ci ilin may və iyun aylarında 36 faizə qədər azaldığı vurğulanır.

Baydenin üzləşdiyi ən mühüm problemlərdən biri iqtisadiyyat olsa da, respondentlərin əksəriyyəti ətraf mühit və ölkədəki cinayətlərin artmasını da ciddi narazılıq yaratdığını bildiriblər.