Bakı-Quba yolunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Baş DYP İdarəsindən 7Times.az-a verilən məlumata görə, hadisə yolun 15-ci kilometrində, Abşeronda qeydə alınıb.
1991-ci il təvəllüdlü Qurban Quliyevin idarə etdiyi “Hyundai” markalı avtomobil yol keçən naməlum piyadanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb. Onun şəxsiyyəti müəyyənləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Follow @7timesaz