Azərbaycan Xalq Cümhuriyyəti tarixinin görkəmli tədqiqatçısı, tanınmış ictimai xadim, diplomat Ramiz Abutalıbov yıxılaraq zədə aldığı üçün Moskvada xəstəxanaya yerləşdirilib.
Ramiz Abutalıbovun son durumu ilə bağlı məlumat verən yaxın dostu Nəsib Nəsiboğlu bildirib ki, o, 10 gündən çoxdur reanimasiyadadır:
“Yaxın dostum Ramiz artıq xəstəxanada müalicə alır. 2 dəfə çanaq sümüyündən əməliyyat olunub. Yanına heç kimin girməsinə icazə verilmir”.
N. Nəbioğlu R. Abutalıbovun səhhətilə bağlı məlumatları qızından aldığını deyib: “Telefonu qızındadır. İnşallah, yaxşı olar. Tezliklə sağlamlığına qovuşar, aramıza dönər”. Modern.az
Follow @7timesaz